Icma.az
close
up
RU
Şimal dənizində yeraltı karbon qazı anbarı yaradılır

Şimal dənizində yeraltı karbon qazı anbarı yaradılır

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Danimarka sahilləri yaxınlığında Avropanın iqlim hədəflərinə çatması yolunda ən perspektivli təşəbbüslərdən biri hesab olunan yeni layihə reallaşdırılır. Layihənin əsas məqsədi atmosferə atılan karbon qazını (CO2) tutaraq dəniz dibinin dərin qatlarında təhlükəsiz şəkildə saxlamaqdır.

"Unikal" “Tagesschau”ya istinadla xəbər verir ki, anbar Şimal dənizinin ortasında, Danimarka sahillərindən təxminən 200 kilometr aralıda yerləşir. Bu ərazidəki dəniz dibindən indiyədək neft çıxarılıb. Sahildən Nini platformasına helikopterlə uçuş bir saat çəkir. Buradakı neft yatağı demək olar ki, tam tükənib. Bu, yerin dərin qatlarında CO₂ üçün boşluq yaradıb. İşlərə gələn yay başlanması planlaşdırılır.

Məqsəd belədir: qurğular CO₂-ni birbaşa atmosferə buraxmaq əvəzinə, xüsusi sistemlər vasitəsilə filtrləyir. Yığılan CO₂ kimyəvi proseslər nəticəsində maye halına salınır. Maye halında olan CO₂ boru kəməri ilə Şimal dənizində yerləşən keçmiş neft yatağına, Nini platformasının altındakı dəniz dibinin dərin qatlarına ötürülür.

Danimarka qarşısına belə bir iddialı məqsəd qoyub ki, təkcə bu layihə çərçivəsində hər il yerin altında 8 milyon tona qədər CO₂ saxlanılmalıdır. Bu göstərici Frankfurt-Mayna şəhərinin illik tullantı həcminə bərabərdir.

Layihəni həyata keçirən neft şirkətinin Avropa bölməsinin rəhbəri Mads Qadenin sözlərinə görə, bu təşəbbüs iqlimin qorunması ilə iqtisadiyyatı bir-birinə daha da uyğunlaşdırmalıdır. “Danimarka külək enerjisi sahəsində artıq standartlar müəyyən edib. İndi isə CO₂-nin saxlanması sahəsində də eyni nəticəyə nail olmaq istəyirik. Əgər Avropada CO₂ saxlanmasının cəmi 5 faizi burada həyata keçirilsə, çoxlu sayda iş yeri yarada və ildə 6,5 milyard avrodan artıq gəlir əldə edə bilərik”, – deyə Qade bildirib.

Mütəxəssislər əmindirlər ki, CO₂-nin saxlanması layihəsi olmadan Avropa İttifaqı 2050-ci il üçün qarşıya qoyduğu iqlim neytrallığı məqsədinə çata bilməz. İqtisadiyyat tam yenidən qurulanadək və CO₂ tullantıları azaldılanadək bu üsul yaranmış boşluğu doldurmaq üçün münasib vasitədir. Lakin bəzi ekoloqlar hesab edirlər ki, layihə əsas problemdən diqqəti yayındırır, yəni Avropa CO₂ tullantılarını kəskin azaltmalıdır. Buna görə də bu layihə yeganə və hərtərəfli həll yolu deyil. Ancaq o, atmosferdə iqlim üçün zərərli olan artıq CO₂ miqdarı ilə mübarizənin tərkib hissələrindən birinə çevrilə bilər.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:256
embedMənbə:https://unikal.az
archiveBu xəbər 26 Yanvar 2026 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri