4 mahnı oxuyub “Qalatasaray”dan 2 milyon alacaq
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
“Qalatasaray” futbol klubunun çempionluq şənlikləri üçün dünyaşöhrətli müğənni Dua Lipa ilə danışıqlara başladığı bildirilib.
“Qafqazinfo” xəbər verir ki, Türkiyə Super Liqasında 26-cı çempionluğunu elan etməyə hazırlaşan “sarı-qırmızı”lılar möhtəşəm bayram proqramı üçün xüsusi hazırlıq görür.
Məlumata görə, “Qalatasaray” rəhbərliyi çempionluq kubokunun təqdim ediləcəyi gecədə səhnə alması üçün Dua Lipaya 2 milyon dollar (3,4 milyon manat) təklif edib.
İddialara əsasən, məşhur sənətçinin tədbirdə 4 mahnı ifa etməsi planlaşdırılır.
Türkiyəli jurnalist Yakup Çınar bildirib ki, tərəflər arasında aparılan ilkin danışıqlar müsbət istiqamətdə davam edir və sənətçinin təklifə isti yanaşdığı qeyd olunur.
Qeyd edək ki, “Qalatasaray” bu gecə “RAMS Park” stadionunda “Antalyaspor”la qarşılaşacaq. Komanda oyunda qələbə qazanacağı təqdirdə çempionluğunu rəsmiləşdirə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 09 May 2026 16:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















