Icma.az
close
up
RU
4 min illik xəstəlik yenidən baş qaldırdı Azərbaycanda da qeydə alınıb

4 min illik xəstəlik yenidən baş qaldırdı Azərbaycanda da qeydə alınıb

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlıq yaradıb.
Bizim.Media xəbər verir ki, Florida Səhiyyə Departamentinin məlumatlarına görə, 2025-ci ildə ştatda 39 cüzam halı qeydə alınıb.
2026-cı ildə isə indiyədək daha 19 yeni hal aşkarlanıb.
Cüzam Mycobacterium leprae bakteriyasının törətdiyi xroniki infeksion xəstəlikdir. Əsasən dəri, periferik sinirlər və selikli qişaları zədələyir. Minilliklərdir insanlara məlum olan bu xəstəlik müasir dövrdə də tamamilə yox olmayıb.
Bununla belə, cüzam qrip və ya COVID-19 kimi asanlıqla yayılan xəstəlik deyil. Mütəxəssislərin məlumatına görə, insanların böyük əksəriyyətində xəstəliyə qarşı təbii müqavimət var. Yoluxma üçün adətən müalicə almayan xəstə ilə uzunmüddətli və yaxın təmas tələb olunur. Müasir antibiotik müalicəsi ilə xəstəliyi sağaltmaq mümkündür.
Bəs Azərbaycanda vəziyyət necədir?
Azərbaycanda cüzam olduqca nadir rast gəlinən xəstəliklər sırasındadır. Rəsmi statistikada son illərdə ölkədə cüzam diaqnozu ilə qeydiyyatda olan şəxslərin sayının təxminən 10 nəfər ətrafında olduğu göstərilib. Bu rəqəm hər il 10 nəfərin cüzama yeni yoluxması demək deyil – söhbət həmin dövrdə cüzam diaqnozu ilə tibbi qeydiyyatda olan xəstələrdən gedir.
Səhiyyə Nazirliyinin daha əvvəl açıqladığı məlumatda isə ölkədə ümumilikdə 15 cüzam xəstəsinin olduğu bildirilmişdi. Müxtəlif rəqəmlərin göstərilməsi məlumatların ayrı-ayrı dövrlərə aid olması və statistik göstəricilərin fərqli meyarlarla – qeydiyyatda olan və tibbi nəzarətdə saxlanılan xəstələr üzrə təqdim edilməsi ilə bağlıdır.
Müqayisə üçün, 1990-cı ildə Azərbaycanda cüzam xəstələrinin sayı 80 nəfər olub. Sonrakı onilliklərdə xəstəliyin yayılması kəskin şəkildə azalıb.
Azərbaycanda cüzam xəstələrinin müalicəsi və nəzarəti üçün ayrıca ixtisaslaşmış tibb müəssisəsi – Respublika Leproz (Cüzam) Xəstəxanası fəaliyyət göstərir. Xəstələr və onlarla yaxın təmasda olmuş şəxslər tibbi nəzarətdə saxlanılır. (Musavat.com)
Bizim.Media 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://bizim.media
archiveBu xəbər 02 Sentyabr 2026 08:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri