Rusiya ilə müharibəyə getməyə hazıram Şahzadə Harri
Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Böyük Britaniya şahzadəsi Harri Rusiya ilə mümkün müharibədə iştirak etmək üçün yenidən hərbi xidmətə qayıtmağa hazır olduğunu bildirib.
“Bakupost” xəbər verir ki, bu barədə şahzadə “The Telegraph” qəzetinə müsahibəsində danışıb.
Harri iddia edib ki, Rusiya ilə bağlı təhlükə səbəbindən britaniyalıların narahat olmağa əsasları var:
“Böyük Britaniya son on ildə Rusiya ilə faktiki münaqişə vəziyyətindədir. Üzərimizə pilotsuz uçuş aparatlarının, güllələrin və raketlərin yağmaması müharibə aparmadığımız anlamına gəlmir. Əgər ehtiyac yaranarsa və məndən yenidən orduya qoşulmağım istənilərsə, yüz faiz ölkəmə xidmət edəcəyəm”.
Harri Avropanın Rusiyadan gələn təhlükəni dərk etdiyini iddia edib. Bununla yanaşı, o, Avropa ölkələrini Ukraynaya dəstəyi ikiqat artırmağa çağırıb.
Qeyd edək ki, vaxtilə Əfqanıstanda hərbi xidmət keçmiş şahzadənin bu çıxışı Britaniya rəsmilərinin orduya hazırlıq çağırışları fonunda səslənib.
Baxış sayı:95
Bu xəbər 18 Noyabr 2026 23:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















