Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

4 saatdan çox gözləməli oldum Rusiyaya buraxılmayan deputat DANIŞDI

4 saatdan çox gözləməli oldum Rusiyaya buraxılmayan deputat DANIŞDI

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Milli Məclisin deputatı Azər Badamov Həştərxan vilayətinə səfəri çərçivəsində Rusiyanın Moskva hava limanında saxlanılıb və bu ölkədən deport olunub. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyadan izahat verilməsini tələb edib.
Demokrat.az-ın məlumatına görə, Milli Məclisin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Badamov hadisə ilə bağlı apa-ya açıqlama verib. 
Müsahibəni təqdim edirik:
- Rusiyaya səfəriniz zamanı baş verənlər sizin üçün nə dərəcədə gözlənilən idi?
- Mayın 4-də Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün Rusiyanın Həştərxan vilayətinə səfərə yollanmışdıq. Təyyarə ilə Moskvaya, oradan isə Həştərxana uçmalı idik. Nümayəndə heyətinə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı, həmkarım Elman Nəsirov və mən daxil idim. Moskvada Şeremetova Hava Limanında sərhəd-keçid prosedurlarını normal keçəndən sonra Həştərxana təyyarə gözlədiyimiz zaman Rusiyanın Federal Sərhəd Xidmətinin əməkdaşları mənə yaxınlaşdılar və dedilər ki, sizin ölkəyə girişi ilə bağlı aydınlaşdırılmalı məsələlər var.
Araşdırma üçün onlarla bir yerdə məlumat bazasına baxılması ilə əlaqədar kompüter olan xüsusi otağa getdik. Bir müddətdən sonra həmin Xidmətin rəisi əlində bir kağız bildirişlə mənə yaxınlaşdı və qeyd elədi ki, siz bu bildirişə imza atmalısınız, Rusiyaya girişiniz qadağan olunub. Bildirildi ki, geri qayıtmalıyam. Bildirişdə qeyd olunmuş məsələ ümumiyyətlə həqiqətdən uzaq bir məsələ idi. Deportasiya üçün məni müəyyən olunmuş əraziyə apardılar. Orada 4 saatdan çox gözləməli oldum və 4 saatdan sonra Bakıya qayıdan təyyarəylə məni Bakıya yola saldılar.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı və həmkarım Elman Nəsirov Həştərxana yola düşdülər, keçirilən tədbirlərdə də iştirak ediblər.
Burada bir anlaşılmazlıq var. Çünki bundan əvvəl 17-20 aprel tarixlərində Dağıstan Xalq Məclisinin 30 illik yubileyi tədbirlərinə qatılmışdıq. Aprelin 17-də dövlət sərhədini normal şəkildə keçmişik, hər hansı bir qadağanın olması haqqında xəbərdarlıq yox idi. Ancaq üzərindən qısa bir müddət keçəndən sonra Həştərxanda keçirilən tədbirlə əlaqədar səfər zamanı Moskvada bildirildi ki, Rusiyaya girişim qadağan olunub və əgər qeyri-qanuni şəkildə gəlsəm, cinayət məsuliyyətinə cəlb olunacam. Bunlar əsassız iddiadır.
Qadağa ilə bağlı irəli sürülən iddialar
- Sizə qarşı hansı iddia irəli sürülüb?
- Bildirişdə qeyd olunmuşdu ki, Rusiya Federasiyasının “Rusiya Federasiyasından çıxma və Rusiya Federasiyasına daxil olma qaydası haqqında” Federal Qanununun 26 və 27-ci maddələrinə uyğun olaraq Rusiyaya daxil olmağıma icazə verilmir. Söhbət Rusiyanın təhlükəsizliyi və ya ictimai-siyasi sabitliyi ilə bağlı məsələdən gedir.
TASS-in məlumatı və Azərbaycanın mövqeyi
- Yəni açıq bildirilmədi ki, konkret hansı açıqlamanıza, fəaliyyətinizə görə həmin maddələrin tələblərini pozmusunuz?
- İndiyə qədər də Rusiya tərəfi bununla bağlı heç bir açıqlama verməyib.
- TASS diplomatik mənbəyə istinadən bir növ Rusiyanın mövqeyini çatdırmışdı. Arqumentlərdən biri bu idi ki, Azərbaycan da bir sıra rusiyalı deputatların girişinə qadağa qoyub, bu da fərdi şəkildə qadağadır.
- Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi həmişə Rusiya–Azərbaycan əlaqələrinin inkişafına müsbət yanaşmışam və bu əlaqələrin daha da inkişaf etməsinə töhfə verəcək fikirlər ifadə etmişəm. TASS-ın yaydığı məlumatda qeyd olunanlar həqiqətdən uzaqdır.
Rəsmi Bakı anti-Azərbaycan fikirlərinə görə Rusiya parlamentinin bəzi üzvlərinin ölkəyə girişinə qadağa qoyub. Yəni onlar Azərbaycan dövlətçiliyinə xələl gətirəcək ifadələr səsləndirdiklərinə görə qadağaya məruz qalıblar. Mənim Rusiya dövlətinə qarşı heç bir fikrim olmayıb. Mən yalnız Azərbaycan xalqını təhqir edən deputatın dediklərinə cavab vermişəm. Yəni deportasiya olunma səbəbi ilə göstərilən arqumentlər tamamilə yanlışdır. Bir daha qeyd edirəm ki, mənim Rusiya dövlətinə və xalqına qarşı heç vaxt neqativ fikrim olmayıb.
Çox arzulayardım ki, Rusiyanın Xarici İşlər Nazirliyi məsələyə münasibət bildirsin, baş verənlərə düzgün, obyektiv bir izah versin. Bu günə qədər Rusiya Xarici İşlər Nazirliyi məsələyə aydınlıq gətirməyib.
- Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunda fəaliyyətinizi davam etdirəcəksiniz?
- Rusiya tərəfi bu qərarda yanlışlıq olduğunu qəbul etsə, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü kimi fəaliyyətimi davam etdirəcəm. Əks halda, yəni qadağa davam edərsə, bu qrupda qalmağım mümkün olmayacaq.
Azərbaycan-Rusiya münasibətləri və gələcək əməkdaşlıq
- Rusiya–Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı fikirləriniz necədir?
- Azərbaycan və Rusiya arasında 2022-ci ilin fevralına müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə imzalanıb və bu sənəd əsasında iki ölkə arasında əməkdaşlıq davam edir. Amma çox təəssüf ki, bu Bəyannamənin ruhuna uyğun gəlməyən belə hərəkətlər baş verir. Bu da, təbii ki, iki ölkə arasındakı münasibətlərin daha da dərinləşməsinə kölgə salır.
Təyyarə qəzası və istintaq məsələsi
- Yeri gəlmişkən, Azərbaycan-Rusiya münasibətlərinə kölgə salan təyyarə qəzası məsələsi də var. Ötən dövr ərzində təyyarə qəzası ilə əlaqədar Rusiya tərəfi demək olar ki, istintaq hərəkətləri aparmır, həbs edilənlər, saxlanılanlar yoxdur və bu da Azərbaycan tərəfini narazı salır. Bu məqam Rusiya–Azərbaycan münasibətlərinin inkişafına nə dərəcədə mane olur?
- Təyyarə qəzası və mənə qarşı qoyulmuş qadağa Rusiya–Azərbaycan münasibətləri baxımından yaxşı bir göstərici deyil. Əgər münasibətlərimiz qarşılıqlı hörmət əsasında davam etdirilməlidirsə, belə hadisələrə yol verilməməlidir. Əgər anlaşılmazlıqlar baş verirsə, bu, ikitərəfli qaydada araşdırılmalı və aydınlıq gətirilməlidir. Gizli məqamlar qalmamalıdır.
Hər bir halda təyyarə ilə bağlı hadisə Rusiyanın ərazisində, Rusiyanın hərbçiləri tərəfindən törədilib. Rusiya buna görə rəsmi şəkildə üzr istəməli və müvafiq kompensasiyalar ödəməlidir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 May 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri