Icma.az
close
up
RU
Mosvka aeroportunda nələr yaşanıb? Badamovla birgə Rusiyaya gedən deputat DANIŞDI

Mosvka aeroportunda nələr yaşanıb? Badamovla birgə Rusiyaya gedən deputat DANIŞDI

Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli Məclisin deputatı Azər Badamov Həştərxan vilayətinə səfəri çərçivəsində Rusiyanın Moskva hava limanında saxlanılıb və ölkəyə girişinə qadağa qoyulub.

Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyindən verilən açıqlamada, Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfərinin məhz Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru - Hökumət sədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə olduğu qeyd edilib.

Modern.az-a açıqlamasında səfərdə iştirak edən digər deputat Elman Nəsirov bildirib ki, ilkin olaraq sərhəd xidmətindən rahat keçiblər:

"Heç bir problem yox idi, hər şey qaydasındaydı. Daha sonra iki nəfər Sərhəd Mühafizəsinin əməkdaşları yaxınlaşdı ki, sizinlə bağlı dəqiqələşdirmə aparılmalıdır, sizə "STOP" qoyulub. Azər müəllim də söylədi ki, 10 gün qabaq Dağıstanda səfərdə olub. "Necə oldu ki, mən Dağıstana gedəndə analoji problemlə üz-üzə qalmadım, indi belə bir məsələ ilə üzləşirəm", -o deyib. "Rusiya ilə dostluq qrupunun, MDB-də bizim nümayəndə heyətinin üzvüdür, Azər müəllim. Bu nə anlaşılmazlıqdır?", desək də, "kompüterdə texniki səhv olmuş ola bilər", deyə cavab verildi. 1 gün sonra isə dedidlər ki, təhlükəsizlik məsələləri ilə bağlı Azər Badamov geri qayıtmalıdır. Ümumi ifadə işlətdilər. “Təhlükəsizlik deyəndə siz nəyi nəzərdə tutursunuz?” sualımıza cavab verməkdən yayındılar".

Deputat onu da deyib ki, Həştərxanda Azərbaycan nümayəndə heyətini Baş nazir səviyyəsində qarşılayıblar:

"Həştərxan hökumətinin rəhbəri bizi hava limanında qarşıladı. Baş nazir səviyyəsində qarşılama oldu. Çox böyük diqqət və qayğını hiss etdik. Bu gündən etibarən bizim burada tədbirlərimiz nəzərdə tutulub. Diaspor nümayəndələrimizlə görüşümüz olacaq, sabah Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı ağacəkmə aksiyasında iştirak edəcəyik. Şəhərin meri ilə görüşümüz var, Ulu Öndər Heydər Əliyevin adına məktəbdə şagirdlərlə görüşümüz olacaq. Yəni çox yüksək səviyyədə görüşlər və hazırlıq prosesini görürük. Hər şeydən əvvəl biz bu addımları Azərbaycan-Rusiya münasibətlərinin ruhuna uyğun atırıq. Siz dediyiniz məsələ isə bir anlaşmazlıqdır və artıq Xarici İşlər Nazirliyimiz də bununla bağlı mövqeyini ifadə edib".

E. Nəsirov Milli Məclisin atmalı olduğu addımdan da danışıb: "Hesab edirəm ki, konkret cavab olmalıdır. Çünki artıq Rusiyadakı səfriliyimiz bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edib. Hadisə bazar gününə təsadüf etdi. Artıq bu gün yeni iş həftəsi başlayır. Hesab edirəm ki, yaxın zamanda məsələ ilə bağlı aydın, məntiqli cavabı ortaya çıxacaqsa, buna adekvat olaraq reaksiya və davranış ola bilər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 05 May 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri