Icma.az
close
up
RU
4 uşağının anasını kredit kartına görə döydü TƏFƏRRÜAT

4 uşağının anasını kredit kartına görə döydü TƏFƏRRÜAT

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Abşeron rayonunda 1981-ci il təvəllüdlü Məhərrəm qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Səidəyə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin martın 9-da baş verib. Məhərrəm həmin gün gecə saat 5 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdə alkoqollu içkinin təsiri altında olarkən qısqanclıq zəminində Səidə ilə mübahisə edib. 
O, arvadının üzərinə hücum edərək əvvəlcə evdə olan dəmir materialdan olan stulla ona zərbələr vurub. Ardınca əl, yumruqla arvadının sifət, baş nahiyələrinə, təpik, ayaqla isə bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr endirib. 
Məhərrəmin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Məhərrəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Səidə ilə 2004-cü il tarixdə ailə həyatı qurub, bu nikahdan 2005-ci il təvəllüdlü Məlahət, 2011-ci il təvəllüdlü Vəfa, 2016-cı il təvəllüdlü Namiq və 2018-ci il təvəllüdlü Ramal dünyaya gəlib:
“Əvvəllər normal olaraq ailə həyatı yaşasaq da, daha sonra münasibətlərimiz pozulmağa başlayıb. Buna səbəb kimi isə Səidənin ailəsinin mənim ailə işlərimə müdaxilə etməsi olub”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, 2025-ci ilin martın 9-da, saat 05:10-da yaşadığı evdə olan zaman Səidənin mobil telefonunda “Birkart” şəkili görüb və onun kimə məxsus olmasını soruşub: “Səidə kartın ona məxsus olmasını, lakin bir müddət əvvəl itirdiyi üçün banka zəng eləyərək bağlatdırdığını bildirdi. Mən də Səidəyə yalan danışdığını dedim. Əsəbiləşərək aramızda bu səbəbdən mübahisə yarandı. Mübahisə zamanı mətbəxdə olan stulu qaldıraraq onun başına vurmaq istədim. Amma o, sol əlini stulun qarşısına tutduğu üçün zərbə onun sol əlinə dəydi. Daha sonra isə şillə ilə Səidənin üz nahiyəsindən vuraraq ona xəsarət yetirdim. Bundan bir neçə dəqiqə sonra Səidə mətbəxdən çıxaraq evin 2-ci mərtəbəsinə qalxdı. Mən də evi tərk edərək getdim”. 
Məhərrəmin ifadəsinə görə, həmin günün səhəri evə qayıtdıqda Səidə və övladlarının evdən getdiyini görüb: “Mübahisə zamanı Səidə mənə qarşı heç bir fiziki təzyiq göstərməyib, xəsarət yetirməyib”.
Səidənin ifadəsinə görə, Məhərrəm ilə ailə həyatı qurduqdan sonra ilk əvvəllər normal olaraq ailə həyatı yaşasalar da, daha sonra Məhərrəmin mütəmadi olaraq spirtli içki qəbul etməsi, eləcə də, ailəsinin onun ailəsinə müdaxilə etməsi, həmçinin digər qadınlarla qeyri-rəsmi münasibətdə olması münasibətlərinin pozulmasına səbəb olub:
“Məlum hadisə günü saat 05:10-da yaşadığım evdə olan zaman yatarkən həmin vaxt ərim spirtli içkinin təsiri altında evə gəldi. Məni yuxudan oyadaraq söhbət etmək istədiyini bildirdi. Mən də onun xahişini nəzərə alaraq evin mətbəxinə keçdim. Əvvəlcə Məhərrəm mənə boşanmağımızı təklif etdi. Mən də ona etiraz etmədim, heç bir problemin olmadığını, boşanarıqsa normal şəkildə boşanmağı təklif etdim”. 
Zərərçəkmiş deyib ki, daha sonra Məhərrəm onun adına “Birkart” kartının olduğunu və hazırda harada olmasını soruşub: “Mən də kartın bir neçə ay bundan əvvəl itdiyini və buna görə kartı bağlatdırdığımı dedim. O, mənə yalan danışdığımı deyərək mətbəxdə olan dəmir stulu başıma vurmaq istədi. Mən sol əlimi müdafiə olunmaq üçün qarşıya verdim və həmin vaxt stulu sol əlimin şəhadət barmağından, qolumdan vurmaqla mənə xəsarət yetirdi. Daha sonra isə əli ilə sifət, baş, təpiklə isə bədənimin müxtəlif nahiyələrindən vuraraq mənə xəsarət yetirdi”. 
Bu cinayət işinə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıb. Zərərçəkən qadın da ona qarşı şikayətini geri götürüb. 
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət işinə xitam verilib. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Mart 2026 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri