Icma.az
close
up
RU
“4 xalımız əlimizdən alınıb” Zaur Həşimov

“4 xalımız əlimizdən alınıb” Zaur Həşimov

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

Misli Premyer Liqasının XI turunda öz meydanında “Araz-Naxçıvan”la 2:2 hesablı heç-heçə edən “Şəfa”nın baş məşqçisi Zaur Həşimov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər ki, mütəxəssis ilk növbədə Zəfər Günü münasibətilə təbriklərini çatdırdı, ardınca isə qarşılaşma haqqında fikirlərini bölüşdü:

– Axşamınız xeyir olsun. Mən də ilk növbədə xalqımızın Zəfər Bayramını təbrik edirəm. Uca Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə isə cansağlığı diləyirəm. Oyuna gəldikdə, məncə, kifayət qədər dinamik və yaxşı mübarizə şəraitində keçən matç izlədik. Yenə çoxlu qol epizodları yaratdıq. İki dəfə fərqlənsək də, fərdi səhvlər ucbatından qapımızda iki qol gördük. Oyunumuz və komandanın inkişafı göz qabağındadır. Bütün bunları bir kənara qoyub, yəqin ki, haqlı olaraq mənim hakimlik barədə danışacağımı gözləyirsiniz. İstəmirəm hakimlər haqqında qərəzli fikrə düşüm, amma artıq məcburam bu haqda danışım, çünki son matçlarda bunu açıq şəkildə hiss edirik. Yadınızdadırsa, ötən oyunların birində qapımıza verilən penaltini Rəhim Həsənov özü də təsdiqlədi ki, yox idi. Təmiz penalti və ikinci sarı vərəqə verilməli olduğu halda rəqibə güzəştə gedildi. Bugünkü oyunda isə baş verənlər göz qabağında idi. Hətta birinci vurduğumuz qol epizodunda baş hakim Əliyar Ağayev əvvəlcədən fit çaldı. Buna baxmayaraq, o, epizodu gözləyib sonradan dəyərləndirə bilərdi. Sanki kənardan hiss olunurdu ki, bütün mübahisəli məqamlarda üstünlük rəqibə verilir. Rəqib oyunçunun özü də etiraf edir ki, top əlinə dəyib, amma hakimlər israrla bunun əl deyil, çiyin olduğunu deyirlər. Təmiz qolumuz da qeydə alınmadı. Belə ögey münasibət hiss etmək istəmirəm. Bizim uşaqlar da əziyyət çəkirlər, vuruşurlar, meydanda hər şeylərini qoyurlar, lakin son iki oyunda baş verənlər açıq-aşkar dörd xalımızı əlimizdən aldı. Artıq bunu açıq deməkdən çəkinmirəm.

– Komanda oyunlara çox yaxşı başlayır, gözəl futbol sərgiləyir, amma sonda ya qələbəni əldən verir, ya da xal itirir. Bunun əsas səbəbi nədədir?

– Tamamilə haqlısan, qeyd etdiyin kimi, bəsit qollar buraxırıq. Artıq neçənci matçdır ki, eyni hal təkrarlanır və bu, həqiqətən də tendensiyaya çevrilib. Bunların üzərində məşqlərdə və taktiki analizlərdə dayanırıq. Bilirsiniz, bəzi obyektiv səbəblər də var. Məsələn, əsas heyəti beş legionerlə qururuq, eyni zamanda heyətimizdə ötən mövsüm I Liqada çıxış etmiş üç yerli futbolçumuz var. Mətbuatda açıq şəkildə deyə bilmədiyim bəzi məqamlar da mövcuddur. Amma bütün bunlara baxmayaraq, həmin problem bizi ciddi şəkildə narahat edir və həlli istiqamətində işlərimizi davam etdirəcəyik.

– Klubda futbolçuların aylardır maaşlarını ala bilmədiyi barədə xəbərlər dolaşır. Bunun komandanın çıxışına mənfi təsiri varmı?

– Xeyr, maaşlar tam ödənilib. Sadəcə, yeni klub olduğumuz üçün hesabların açılmasında bəzi oyunçularla bağlı müəyyən gecikmələr yaşanmışdı. Amma hazırda bütün maaşlar ödənilib və klubun heç bir futbolçuya qarşı borcu yoxdur.

– Müdafiə xəttində buraxılan bəsit qollar daha təcrübəli və güclü mərkəz müdafiəçisinə ehtiyac olduğunu göstərir, yoxsa mövqe seçimlərindəki fərdi səhvlər əsas rol oynayır?

– Mövcud büdcəmizə görə çox yaxşı kollektiv formalaşdırmışıq. Hətta mövsümün əvvəlində məğlubiyyətlər seriyası yaşayarkən bəzi legionerlərimizlə bağlı mübahisəli fikirlər var idi. Amma bu gün həmin oyunçulardan biri, Dansoko son iki oyunda möhtəşəm futbol sərgiləyir və bu matçda da qol vurdu. Konkret müdafiəçilərə gəldikdə, mən ümumi planda futbolçularımdan narazı deyiləm. Sadəcə, qol buraxılan epizodlardan əvvəl fərdi diqqətsizliklər baş verir ki, bu da nəticəyə təsir edir. Buraxılan qollar demək olar ki, oxşardır. Əsasən top itkilərindən sonra rəqibin ikinci topları qazanması və ya bəsit cərimə zərbələri ucbatından qapımızda qol görürük. Hazırda hər hansı yeni transferə və ya kəskin addıma ehtiyac görmürəm. Futbolçularla çalışıb bu problemlərin öhdəsindən gəlməliyik.

Ayxan Zayıdzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 07 Noyabr 2026 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri