40 dərəcədən yuxarı temperatur: Sağlamlığınız təhlükədədirmi?
Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Yay mövsümündə havanın normadan kəskin şəkildə isti keçməsi "şiddətli istilər" adlandırılır.
Pravda.az bildirir ki, temperaturun 40 dərəcədən yüksəyə qalxması, xüsusilə uzun müddət davam edərsə, insan sağlamlığı üçün təhlükə yarada bilər.
İstiliyin sağlamlığa təsirləri:
Günvurma
İstilik yorğunluğu
Ürəkgetmə, başgicəllənmə
Baş ağrısı, ürəkbulanma
Günəş yanığı və isilik
Şiddətli istidə orqanizm istiliyi tənzimləyə bilmir, bu da günvurma ilə nəticələnə bilər. Belə halda dəridə quruluq, yüksək hərarət (39.4°C-dən yuxarı), ürəkbulanma, baş ağrısı, hətta huş itkiləri müşahidə oluna bilər.
Qorunma yolları:
Bol su qəbul edin
Günəş altında uzun müddət qalmayın
Kölgəli yerlərdə dincəlin
Günəş kremi istifadə edin
Ağır fiziki işlərdən uzaq durun
Uşaqları günün ən isti saatlarında çöldə saxlamaqdan çəkinin
Uşaqları necə qorumaq olar?
Uşaqlar da isti havanın zərərlərinə qarşı həssasdır. Gündüz saatlarında (11:00–16:00 arası) uşaqları çöldə gəzdirməkdən çəkinin. 6 aydan kiçik körpələrə günəş kremi əvəzinə qoruyucu geyim və kölgəli arabalar istifadə edilməlidir. Zərurət olduqda pediatrın məsləhəti ilə günəş kremi tətbiq edilə bilər.
Qeyd: Günvurma və digər istiliklə əlaqəli sağlamlıq problemlərindən qorunmaq üçün sadalanan tədbirlərə əməl olunması tövsiyə olunur.
Əminə Bayramova


