Icma.az
close
up
RU
3500 illik itmiş şəhər tapıldı: Alimlər heyrət içindədir

3500 illik itmiş şəhər tapıldı: Alimlər heyrət içindədir

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Perunun Supe vadisində arxeoloqlar, təxminən 3500 il əvvələ aid qədim bir şəhərin izlərini aşkarlayıblar. Peniko adlı bu şəhərin And dağları, Sakit okean sahilləri və Amazoniya hövzəsi arasında ticarət və mədəni mübadilə nöqtəsi olduğu ehtimal edilir. 

Qaynarinfo xəbər verir ki, tədqiqatçılar bu tapıntını Amerika qitəsinin ən qədim sivilizasiyası hesab edilən Karal mədəniyyətinin davamı kimi qiymətləndirirlər.

Şəhərin yerləşməsi və tarixi

"The Telegraph" nəşrinin məlumatına görə, şəhər dəniz səviyyəsindən 600 metr yüksəklikdə, bir təpənin yamacında salınıb. Arxeoloqlar şəhərin e.ə. 1800–1500-cü illərdə qurulduğunu ehtimal edirlər. Bu dövr təxminən Misir, Hindistan, Şumer və Çin kimi qədim sivilizasiyaların çiçəkləndiyi dövrlə üst-üstə düşür.

Şəhərin mərkəzində dronla çəkilmiş görüntülərdə, təpə yamacında yerləşən dairəvi bir tikili və onu əhatə edən daş və gil memarlıq nümunələri görünür.

Karal mədəniyyətinə bənzərlik

Tapıntılar, təxminən 5000 il əvvəl formalaşmış Karal sivilizasiyası ilə güclü oxşarlıqlar daşıyır. Karal qədim Misirlə eyni dövrdə mövcud olmuş, lakin izolyasiyada inkişaf etmiş bir mədəniyyətdir. Onun tanınmış simalarından olan arxeoloq Rut Şeydi, həm Karalı, həm də Pənikonu araşdıran qrupun rəhbəridir. O bildirib:

"Bu şəhər strateji ticarət yollarının üzərində yerləşib və sahil, dağ və meşə icmaları arasında əlaqə rolunu oynayıb".

Perunun Mədəniyyət Nazirliyindən arxeoloq Marko Maçakuay da bu fikri təsdiqləyərək qeyd edib ki, Karal mədəniyyətinin tənəzzülündən sonra (təxminən e.ə. 1800-cü il) yaranan Pəniko onun davamçısı ola bilər.

Arxeoloji tapıntılar: 18 tikili və dini rituallar

Səkkiz illik tədqiqatlar nəticəsində 18 müxtəlif tikili, o cümlədən məbədlər, yaşayış binaları, freskalar və ritual obyektlər aşkarlanıb. Mərkəzi meydanın divarlarında skulptur relyeflər və "pututu” adlı ilahi musiqi alətinin təsvirləri yer alır. Bu alət dini mərasimlərdə istifadə olunurdu və hakimiyyətin simvolu hesab edilirdi.

Bəzi tikililərdə isə insan qalıqları, insan və heyvan fiqurları, qurşaq və muncuqlardan ibarət bəzəklər tapılıb. Əldə olunan əşyaların sahil, dağ və meşə mədəniyyətlərinin izlərini daşıması, şəhərin regional ticarət mərkəzi olduğuna işarə edir.

Rəqəmsal bərpa və turizm

3 iyul 2025-ci ildən etibarən, Pəniko qədim şəhəri turistlərin ziyarətinə açılıb. Layihə çərçivəsində mərasim sahələri rəqəmsal şəkildə bərpa olunub, beləliklə ziyarətçilər şəhərin keçmişdə necə göründüyünü interaktiv formada müşahidə edə bilirlər.

Peruda arxeoloji kəşflər

Qeyd edək ki, Peru Amerika qitəsinin ən önəmli arxeoloji tapıntılarına ev sahibliyi edir. Machu Pikçu, Naska xətləri və indi də Pəniko şəhəri, bu qədim ərazinin bəşər tarixində nə qədər mühüm yer tutduğunu bir daha sübut edir.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:297
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 İyul 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see309

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see297

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see273

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see271

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see269

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see248

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see247

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see244

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see233

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see226

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see225

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see222

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see214

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see214

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see203

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see177

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri