Icma.az
close
up
RU
Marksın “gizli” sevgisi

Marksın “gizli” sevgisi

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Engelsin dostluga sədaqə

Dahilərin, klassiklərin çoxu təkcə yazıb-yaratdıqları ilə deyil, həm də həyatları ilə maraqlıdır.

Karl Marks (Karl Henrix Marks) da həmin cərgədədir.

Ola bilsin, kimsə Marksın adını eşidib (oxuyub) dodaq büzsün... Bu, olan işdir. Belələrinin haqqı da var Marksa müəyyən “əmma” qoymağa... Marks özü polemikanı sevirdi...

Mən uzun illər aspirantlara və tələbələrə “Marksizm-Leninizm fəlsəfəsinin əsasları”ndan dərs demişəm. Amma özümü nə marksist, nə də leninçi hesab etmişəm. Zatən o vaxtlar başqa bir fəlsəfə dərsliyi də mövcud deyildi. Əslində həmin predmet fəlsəfə tarixi hesab oluna bilərdi. Və yenə əslində, nə Marks filosof olub, nə də Lenin. Marks iqtisadçı, Lenin inqilabçı-hüquqşünas-sosiloq idi və özünü “jurnalist” hesab edirdi. Onların heç bir fəlsəfi nəzəriyyəsi olmayıb. Hətta bəzi mühazirə saatlarında və çıxışlarımda bu mövzuda fikirlərimə, həmin “klassikləri” arada tənqid etdiyimə görə töhmətləndirilmişəm də... Zira onlar Sovetlərdə canlı adamdan daha çox, büt kimi təqdim edilirdi. Mən isə canlı, yaşarı Marksı təqdim etmək fikrində olmuşam. Həm də filosof kimi yox, iqtisadçı kimi...

Bu bir başqa mövzu.

Bəli, həyatı maraq doğuran tarixi şəxsiyyətlərdən biri Karl Marksdır.

Mən bu kiçik qeydlərdə Marksın bütöv həyatı haqqında deyil, sevgisi və məşuqəsi (və yaxud sevgilisi) barədə müxtəsər danışmaq istəyirəm.

Karlın arvadı Jenni Marks ərindən dörd yaş böyük idi. Onların arasında odlu-alovlu eşq yaşanmışdı. Jenni advokat (vəkil) qızı idi, aristokrat ailədən çıxmışdı.

Valideynləri razı olmasalar da, gənclər tez ailə qurdular. Onda Karlın cəmi 18 yaşı vardı. Ona rənginin tutqunluğuna, qatran rəngli saç-saqqalına görə “Mavr” deyirdilər. O, gəncliyində şeir yazırdı, məşhur şair Henrix Hayne (Heyne) ilə uzaq qohum idi. Tezliklə gənc ailədə dörd uşaq dünyaya göz açdı. Onlardan biri –Foksik adlı oğlan uşağı dünyadan tez köçdü. Qızları - Jenni, Laura və Eleonora yaxşı tərbiyə aldılar, öz dövrlərinin məşhur simaları ilə ailə qurdular...

Bütün bunlar məlum.

Ailəsinə sədaqətli olan Marksın məşhur bir ifadəsi var: “Я человек, и ничто человеческое мне не чуждо” (“Mən insanam, insana xas olan heç nə mənə yad deyil”). Bəli, Marks insan idi və insani səhvlərdən xali deyildi.

İstərdim ki, proletariatın dahi rəhbərinin bir “səhvi” haqda söhbət açım. Məsələ burasındadır ki, Marsın gizli sevgisi də vardı. Həm də məsələ orasında idi ki, Marksların evində gənc xanım qulluqçuluq edirdi. Bu, Yelena Demut adlı xanım idi. Evdə onu Lenxen deyə çağırırdılar. Əlbəttə, qulluqçu saxlamağa Marksın maddi imkanı yox idi. Kitablardan çox cüzi qonorar alıdı. Onun ailəsin qayğısını sadiq dostu Fridrix Engels çəkirdi. Çox güman ki, Engels olmasaydı Marks bizə məlum Marks olmayacaqdı. Amma... 

Tezliklə Marksla ev qulluqçusu arasında gizli bir eşq macərası yaşandı. Qadın hamilə oldu və dünyaya bir oğlan uşağı gətirdi. Marks çıxılmaz vəziyyətdə qalmışdı. Jenni ərindən şübhələnməyə, ona eyhamlı işarələr vurmağa başladı. Məsələdən agah olan Fridrix Engels dostunun köməyinə çatdı. Jennini inandıra bildi ki, uşağın atası Marks yox, o, özüdür. Yəni Engelsdir. Jenni bir daha bu mövzuya qayıtmadı. Ailəni qorumağa çalışan bütün ağıllı qadınlar kimi, o, “Mavr"ın üstünə gəlmədi. Sonralar həmin uşaq böyüdü. Və həyatının sonunacan Engelsi öz atası hesab etdi. Bu uşaq, sonralar fəhlə hərəkatının fəal üzvü olmuş Henri Frederik Lüis adlı inqilabçı idi.    
Nəhəng tekstil fabrikin sahibinin oğlu, sadiq dost Engels ömrünün sonunacan Marksın “gizli” sevgilisinə və uşağına qayğı göstərdi.

Bəzi tədqiqatçılar Engelsin həyatına kölgə salaraq onun Yelena ilə əlaqəsinin olduğunu iddia edirlər. Amma bu, səhv informasiyadır. Məsələ burasındadır ki, Engels Meri Börns adlı-soyadlı xanımı sevmişdir. Meri 41 yaşında vəfat etmiş və bu, Engelsə çox təsir etmişdi. Bir müddət tənha qalan Engels sonralar Merinin bacısı Lizzi Börns ilə birgə yaşamağa balamışdır.

Engels yalnız öz əcəlinə bir neçə saat qalmış, yəni ölüm yatağında sevgilisi Lizzi ilə evliliyini, nikahını rəsmiləşdirmişdir...

O ki qaldı Marksın gizli sevgilisi Yelena Demuta, o, uzun bir ömür yaşadı və öləndə Marksın qəbrinin böyründə dəfn olundu...
Firuz Mustafa

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 İyul 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see630

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see514

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see272

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see238

“Gözdə olan qara su zamanı itirilən görmə faizini geri qaytarmaq mümkün deyil” OFTOLMOLOQ

17 Avqust 2026 16:46see228

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see206

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see198

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see184

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see183

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see178

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see178

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see175

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see171

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see167

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see163

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see160

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see148

Türkiyədə kontr admiral sosial şəbəkədəki sözlərinə görə həbs edildi

18 Avqust 2026 02:03see144

Azər Bağırov Qarabağ a məğlubiyyəti belə şərh etdi

17 Avqust 2026 23:42see143

Kuşner ABŞ İran razılaşmasının şərtlərini açıqlayıb

18 Avqust 2026 00:35see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri