Icma.az
close
up
RU
40 ilin bələdçisindən ETİRAFLAR: “Bələdçilikdən xəbərləri yoxdur, turistləri aldadırlar” FOTO+ÖZƏL

40 ilin bələdçisindən ETİRAFLAR: “Bələdçilikdən xəbərləri yoxdur, turistləri aldadırlar” FOTO+ÖZƏL

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bələdçilik peşəsindən danışacağıq. Görəsən bu peşə sahibi öncə hansı xüsusiyyətlərə malik olmalıdır? İşinin peşəkarı olan Asya Şirəliyeva 40 ilə yaxındır ki, bələdçilik fəaliyyəti ilə məşğuldur.

Moderator.az-a açıqlama verən Asya Şirəliyeva bildirib ki, ilk olaraq Xalça muzeyində işə başlayıb və daha sonra turizm sahəsində çalışmağa başlayıb:

“Sovetlər dönəmindən bələdçiliyə başlamışam. Həm mədəniyyət işçisiyəm, həm də bələdçiyəm. Bu sahədə qüsurların nədən olacağını öncədən bilirik. Ona görə də çalışırıq ki, öhdəsindən gələk, qonaqları razı salaq. İş, ekskursiyalar ya Bakı şəhərində, ya da bölgələrdə olur. Bakıdan Şəkiyə gedəndə İsmayıllıda, Şamaxıda dayanıb, qonaqlara tarixi abidələr haqda məlumatlar veririk. Bələdçilik əvvəla canlı ensiklopediya deməkdir. Bələdçi bütün məlumatlara sahib olmalıdır, öz sahəsi ilə bağlı hər şeyi bilməlidir. Bələdçi ölkəmizin mədəniyyəti, musiqisi, coğrafiyası və tarixi haqda hər şeyi bilməlidir. Bələdçi dözümlü olmalıdır. Elə olub ki, gecə saat 3-də mən qonaqları qarşılamışam, demək olar ki, yatmamışam. Səhər saat 9-da da işə başlamışam. Bələdçi piyada gəzməyi bacarmalıdır. Bir də görürsən ki, 7-8 saat ancaq gəzirik. Bu turistlərin istəyindən asılıdır”.

Asya Şirəliyeva deyir ki, bu sahədə də dırnaqarası “bələdçi”-lər fəaliyyət göstərir:

“Bəzən dırnaqarası “bələdçi”-lərə də bu sahədə rast gəlmək mümkündür. Onların bələdçilikdən heç xəbərləri yoxdur. Nə bilikləri var, nə də turistlə davranış mədəniyyətləri. Üstəlik də ölkəmiz haqda səhv məlumatlar verirlər və özləri üçün qazanc əldə edirlər. Bu sahədən təkcə pul qazanmaq üçün istifadə etmək olmaz. Əsas ölkəni təbliğ etmək lazımdır. Əgər vicdanlı bələdçi güclü biliyə sahibdirsə, əlbəttə ki, pul haqda düşünmür. Ölkəmizə gələn turistlər bələdçini, bir də sürücünü görürlər. Əsas onların davranışları yüksək səviyyədə olmalıdır ki, onlar ölkəmizi yaxşı təbliğ etsinlər. Amma bir çox hallarda biz nə görürük? Ağzına gələni danışır, qazanmaq, pul qapmaq məqsədilə çıxır turlara, nəticəsi də pis olur. Onlar əvvəla təlimlərdə iştirak etməlidirlər. Mən Bələdçilər Assosiasiyasının idarə heyətinin fəxri üzvüyəm. Müqavilə ilə Xalça muzeyinin ekspert, məsləhətçisiyəm. Özüm də fəxri bələdçiyəm. Konfranslarda iştirak edirəm, beynəxalq tədbirlərdə çıxış edirəm və bələdçi olmaq istəyənlərə təlimlər keçirəm. Bələdçi olan şəxs ölkəsini tanıtmağı qarşısına məqsəd qoymalıdır” deyə Asya Şirəliyeva bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:48
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Oktyabr 2025 09:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri