Icma.az
close
up
RU
Məşhur aktrisadan şok etiraflar

Məşhur aktrisadan şok etiraflar

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

56 yaşlı məşhur aktrisa Jennifer Aniston 20 il davam edən ana olma mübarizəsindən sonra etdiyi etiraflar ilə gündəmə gəlib. 

"Cebheinfo.az" xəbər verir ki, aktrisaya evlatlığa uşaq götürmək təklif olunsa da, o, yalnız öz DNA-sını daşıyan körpəyə sahib olmaq istəyib.

O açıqlamasında, “İnsanlar mənə evlatlığa uşaq götürə bilərsən deyirdilər, amma mən öz qanımdan bir uşaq istədim. Bəlkə bu, eqoist kimi səslənir, amma mənim üçün yeganə yol bu idi”, - deyə etiraf edib.

Aktrisa yaşının artıq irəlilədiyini və bu arzusundan imtina etdiyini deyib.

Belə ki, Aniston iki dəfə evlilik yaşayıb, əvvəlcə Brad Pitt, daha sonra isə Justin Theroux ilə.Hər iki evlilik uğursuz başa çatdıqdan sonra aktrisa uzun müddət münasibətlərdən uzaq qalıb.

Onun ana olmaması illərlə media və ictimaiyyətin diqqət mərkəzində olub. Bəziləri bu vəziyyətə görə Anistona acıyıb, digərləri isə onun işkolik olduğu üçün ailə qurmaq istəmədiyini iddia ediblər.

Aktrisa son açıqlamalarında bu mövzu ilə bağlı üzərinə düşən təzyiqlərdən danışaraq bildirib ki, illərlə səssiz şəkildə acı çəkib, amma heç kimə bildirməyib.

Aniston uzun illər süni mayalanma müalicəsi alıb, nəticə vermədikdə isə bitki tərkibli vasitələrə və təbii üsullara üz tutub:

“Artıq uşaq sahibi olmaq üçün edə biləcəyim heç nə qalmayıb. Mənim üçün bu məsələ bağlanıb. Bunu başa düşmək uzun illərimi aldı”.

Aktrisa əlavə edib ki, illərlə yanlış anlaşılmalardan əziyyət çəkib:

“İnsanlar mənim hekayəmi, 20 il ərzində nələr yaşadığımı bilmirdilər. Mən tibb problemlərim barədə danışmaq istəmirdim. Amma mənim işkolik və eqoist olduğum üçün ana olmadığımı deyirdilər. Bu məni çox sarsıtdı. Mən sadəcə bir insanam, hamımız insanıq".

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Oktyabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see532

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see513

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see279

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see264

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see247

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see239

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see238

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see236

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see236

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see230

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see205

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see190

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see189

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see187

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see186

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see181

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see179

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see174

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri