Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

“400 manat maaş alıram, mağazaya gedəndə övladımı qapıda gözlədirəm ki, içəridə nəsə istəməsin”

“400 manat maaş alıram, mağazaya gedəndə övladımı qapıda gözlədirəm ki, içəridə nəsə istəməsin”

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ölkədə təxminən 55 min müəllimin məvacibinin artırıldığı bildirilir. Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə 2022-2024-cü illərdə sertifikatlaşdırmada iştirak etmiş 65 min müəllimin 80 faizindən çoxunun prosesi uğurla başa vurduğunu deyib. Topladığı bala görə, 38 min nəfərin məvacibi 10 faiz, 17 min müəllimin maaşı isə 35 faiz artırılıb. Kənan Kərimzadə iddia edir ki, 10 faiz əlavədən istifadə etmək imkanı qazananların orta aylıq əməkhaqqı 980 manata çatıb. Digər kateqoriyada isə orta aylıq əməkhaqqının hətta 1295 manat olduğu qeyd edilib.

Bizimyol.info xəbər verir ki, təhsil eksperti Kamran Əsədov bir müəllimin etirafını paylaşıb. 93 faiz nəticə ilə məktəbdə tədris imkanı qazanan müəllim cəmi 400 manat maaş aldığını bildirir: “Hər dəfə mağazaya gedəndə övladımı qapıda gözləməyə göndərirəm. Ona deyirəm ki, içəridə sıxlıqdır, çox adam var. Amma həqiqəti deyə bilmirəm. Deyə bilmirəm ki, bəlkə də sən içəri girsən, gözlərin nəyəsə sataşar, nəyisə istəyərsən, amma mən sənə ‘yox’ demək məcburiyyətində qalaram. Çünki gücüm çatmaz. Mən öz övladımın qarşısında ‘yox’ deməyi bacara bilmirəm. Amma bacardığım o qədər dərsin, o qədər bilik yükünün altında qalmışam ki, sanki bu yük mənim insanlıqdan kənarlaşmağıma səbəb olub”.

Müəllimin yazdığı qalan ifadələrə də biganə qalmaq mümkün deyil. Oxuyanda əmin olursan ki, vəziyyət heç də təhsil funksionerlərinin dediyi kimi qənaətbəxş deyil. Başqa müəllimlərin rəyləri də bunu deməyə əsas verir.

Cəlilabadda tədrislə məşğul olan Tərlan Dadaşov deyir ki, aşağı məvacib müqabilində gərgin işlə məşğuldurlar: “Məmurlar milyonlar yeyir, müəllimə gələndə qəpik-quruş. Bütün günü əsəb, stres, amma ən aşağı maaş da bizdədir. Müəllimin maddi rifahı yaxşı olmasa, o nə dərs keçəcək? Mən əgər dərsdə oturub sosial qayğılarımı düşünəcəmsə, dərsimi necə edəcəm? Dükanlara girməli deyil, qiymətlər bərbadın bərbadı”.

Sumqayıtda şagirdlərə illərdir bilik öyrədən Təranə İmanova təsirli rəy yazıb. O, həmkarının düşdüyü durumdan çox təsirlədniyini bildirib: “Ağlamaq tutdu məni… İllərimi məktəbə, təhsilə sərf eləmişəm, əvəzində övladlarıma lazımi qədər vaxt ayıra bilməmişəm. Körpəmi ağlaya-ağlaya evdə və ya bağçada qoyub xalqımın övladlarına dərs deməyə getmişəm. Sinfə girəndən sonra ağlayan bir uşaq qoyub gəldiyimi unudaraq şagirdlərim arasında heç bir fərq qoymadan dərsimi keçmişəm. Şükür ki, övladlarım boşluqlardan sui-istifadə etmədilər. Amma indi düşünürəm ki övladlarıma daha çox vaxt ayıra bilərdim. Müəllim vicdanı ana vicdanı ilə mübarizə aparıb həmişə…”

Vüqar Nağıyev kollec müəllimi kimi cəmi 449 manat məvacib aldığını yazıb. Həmin müəllimin yaşadıqlarını öz həyatında hiss etdiyini bildirib. 7 il müəllim stajı olan Emilya Nəsibli isə cəmi 350 manatla dolanmağa məcbur qaldığını qeyd edib.

Ümumiyyətlə, belə rəylər çoxdur. Müəllimlərin çox acınacaqlı vəziyyətdə yaşadıqlarını yazırlar.

Aşkar görünür ki, təhsillə bağlı çox ciddi islahatlara ehtiyac var. Beş ildə bir dəfə sertifikatlaşdırma sayəsində müəyyən məvacib artımı durumu yaxşılaşdırmır. Belə çıxır, müəllimlərin əksəri ölkədəki orta aylıq əməkhaqqından iki dəfə az qazanır. Sonra da şikayətlənirik ki, müəllimlər repetitorluğa üstünlük verir. Bəs necə olsun?! Məvaciblərin xeyli aşağı olması, xüsusilə ucqar kəndlərdə çətin şərtlərlə işini yerinə yetirmək missiyası ağır yükdür. Ölkədə elə təhsil mühiti yaradılmalıdır ki, müəllimlər məhz məktəbdə lazımi sosial rifahı görsünlər. Bu, valideynlərin də, şagirdlərin də yükünü azaldar. Təhsil məktəbə qayıtmalıdır. Müəllim də yaxşı təminat görməlidir.

Aytən, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Yanvar 2025 17:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri