400 min km dan çox məsafə: Ən etibarlı markalar açıqlandı Siyahı
Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“iSeeCars” mütəxəssislərinin yeni araşdırması 250 min mil (400 min kilometrdən çox) məsafə qət etmək ehtimalı ən yüksək olan avtomobil markalarını müəyyənləşdirib. Reytinqdə Asiya istehsalçıları üstünlük təşkil edir: ilk dörd pilləni “Toyota”, “Lexus”, “Honda” və “Acura” tutub.
Demokrat.az xəbər verir ki, araşdırmanın nəticələri “iSeeCars” onlayn platformasının saytında dərc olunub.
Nəticələrə görə, ən yüksək resursa malik avtomobillər “Toyota” markasına aiddir. Yapon istehsalçısının modellərinin 250 min mil həddini keçmək ehtimalı təxminən 20 faizdir.
“Lexus” avtomobilləri üçün bu göstəriciyə çatmaq ehtimalı 14,4 faiz təşkil edir. “Honda” 13,3 faizlə “Lexus”dan bir qədər geri qalır. “Acura” isə 9,5 faiz göstərici ilə dördüncü yerdədir. Bu markaların hamısının göstəricisi sənaye üzrə 5,4 faiz olan ümumi orta göstəricidən yüksəkdir.
Yapon olmayan markalar arasında ən yüksək nəticəni “GMC” göstərib. Marka 5,8 faiz göstərici ilə beşinci yerdədir. Onu 5,3 faizlə “Mazda” izləyir. Bundan sonra reytinqdə yer alan markaların heç birinin 250 min mil həddinə çatmaq üzrə hesablanmış ehtimalı 5 faiz və ya daha yüksək deyil.
“Ford” və “Chevrolet” kimi kütləvi Amerika markaları yaxşı nəticələr göstərib. Almaniyanın premium markaları isə reytinqdə daha aşağı mövqelərdə qərarlaşıb. Araşdırmaya əsasən, “BMW” modellərinin 250 min mil məsafəni keçmək ehtimalı cəmi 0,5 faizdir. “Audi” üçün də eyni göstərici qeydə alınıb. “Mercedes-Benz”də bu göstərici daha yüksək – 2,6 faizdir.
Reytinqin aşağı pillələrində “Jaguar”, “Mini” və “Maserati” kimi markalar yer alıb.
Bu markaların 250 min mil həddini keçmək ehtimalı 0,0 faizdir. “Fiat” avtomobilləri üçün isə bu göstərici 0,2 faiz təşkil edir. Aşağı nəticə göstərən digər markalar arasında “Porsche” (0,3 faiz), “Land Rover” (0,4 faiz), “Hyundai” (0,8 faiz) və “Jeep” (1,2 faiz) də var.
Ekspertlər vurğulayırlar ki, premium modellər kütləvi avtomobillərlə müqayisədə daha az intensiv istifadə olunur. Buna görə “Porsche” avtomobillərinin 250 min mil məsafəni keçmək ehtimalının aşağı olması onların keyfiyyətinin və ya uzunömürlülüyünün zəifliyindən çox, daha az intensiv istismar edilməsi ilə bağlı ola bilər.
250 min mil məsafəni keçmək ehtimalı ən yüksək olan 39 avtomobil markası
1. “Toyota” – 19,7 faiz
2. “Lexus” – 14,4 faiz
3. “Honda” – 13,3 faiz
4. “Acura” – 9,5 faiz
5. “GMC” – 5,8 faiz
6. “Mazda” – 5,3 faiz
7. “Lincoln” – 4,7 faiz
8. “Ram” – 4,2 faiz
9. “Ford” – 4,1 faiz
10. “Cadillac” – 3,9 faiz
11. “Chevrolet” – 3,6 faiz
12. “Nissan” – 3,4 faiz
13. “Tesla” – 3,3 faiz
14. “Subaru” – 2,8 faiz
15. “Mercedes-Benz” – 2,6 faiz
16. “Volvo” – 2,6 faiz
17. “INFINITI” – 2,5 faiz
18. “Dodge” – 1,7 faiz
19. “Volkswagen” – 1,5 faiz
20. “Jeep” – 1,2 faiz
21. “Kia” – 0,8 faiz
22. “Mitsubishi” – 0,8 faiz
23. “Hyundai” – 0,8 faiz
24. “Chrysler” – 0,7 faiz
25. “BMW” – 0,5 faiz
26. “Audi” – 0,5 faiz
27. “Land Rover” – 0,4 faiz
28. “Buick” – 0,4 faiz
29. “Porsche” – 0,3 faiz
30. “FIAT” – 0,2 faiz
31. “Jaguar” – 0,0 faiz
32. “MINI” – 0,0 faiz
33. “Maserati” – 0,0 faiz
Jalə
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:5 10 yaşlı avtomobillər arasında ən etibarlı markalar hansılardır? Siyahı
20 Oktyabr 2025 11:01
Avropanın ən çox satılan avtomobili açıqlandı Yeni siyahı
26 İyul 2025 18:35
Ən çox bahalaşan və ucuzlaşan məhsullar açıqlandı Siyahı
12 Oktyabr 2026 16:24
Ən etibarlı köhnə maşınlar açıqlanıb Siyahı
08 Noyabr 2025 20:03
Ən çox peşman edən və ən etibarlı avtomobillər açıqlandı Siyahıda sürpriz markalar var
11 Oktyabr 2025 08:42
Baxış sayı:147
Bu xəbər 12 Sentyabr 2026 08:44 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları