Ən çox bahalaşan və ucuzlaşan məhsullar açıqlandı Siyahı
Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.
Bu ilin yanvar-sentyabr aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-sentyabr aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,5 faiz artıb.
Yeniavaz.com açıqlnan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından qarabaşaq yarması, mal, qoyun və toyuq əti, təzə və dondurulmuş balıq, yumurta, gavalı, şaftalı, şabalıd, göyərti, xiyar, pomidor, şirin bibər, badımcan, göy lobya, yerkökü, soğan və kartofun qiymətləri bahalaşıb, kərə yağı, limon, alma, armud, üzüm, kivi, qoz, fındıq və ağ kələmin qiymətləri ucuzlaşıb.
Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Bu ilin sentyabr ayında qeyri-qida məhsulları üzrə istehlak qiymətləri əvvəlki aya nisbətən 0,4 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 3,6 faiz artıb. Sentyabr ayında əvvəlki ayla müqayisədə geyim, boya, kəsilmiş taxta, mebel, noutbuk və planşet kompüterlərin qiymətləri bahalaşıb, zərgərlik məmulatlarının qiymətləri ucuzlaşıb. Digər qeyri-qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2026-cı ilin sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə qiymət artımı əvvəlki aya nisbətən 0,6 faiz, əvvəlki ilin müvafiq ayına nisbətən 5,1 faiz təşkil edib. Sentyabr ayında əvvəlki ayla müqayisədə ali və orta ixtisas təhsil müəssisələrinin, xarici dil və abituriyent hazırlığı kurslarının, mənzillərin kirayəyə verilməsi və bərbərxana xidmətlərinin qiymətləri bahalaşıb, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma və malların çatdırılması xidmətlərinin qiymətləri ucuzlaşıb. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Elnur Əli
Baxış sayı:102
Bu xəbər 12 Oktyabr 2026 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















