Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

400 min manatlıq “QAN PULU” Məhkəmədə al ver

400 min manatlıq “QAN PULU” Məhkəmədə al ver

Icma.az, Lent az saytına istinadən bildirir.

Son eşitdiyimiz “qayda-qanuna” görə, ölümlə nəticələnən yol qəzası törətməyin “qiyməti” 400 min manatdır. Üstündə varsa, yerindəcə mərhumun ailəsinə ver, iş gedib heç məhkəməyə çıxmasın.

Rəqəmi özümüzdən icad etmədik. Bu söhbət bu gün Sabunçu rayon Məhkəməsində olub. Yəni ədalətin, dövlət qanunlarının tərəzi ilə çəkildiyi bir məkanda. Məhkəmə qurulub və Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən həkim, Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri (cəmiyyətə həmişə açıq olan mütəxəssis) Azər Maqsudovun cinayət işini çək-çevir ediblər. Bu hadisə nəticəsində vəfat edən şəxsiyyət də ölkə üçün bir itki hesab edilirdi. Mərhum Arif Acaloğlu İstanbul Mərmərə Universitetinin müəllimi, türkoloq alim olub.

Məsələnin “niyə belə oldu”, “bu nə talesiz faciədir” hissəsinin üzərində çox dayanmadan əslində demək istədiklərimi birbaşa yazıram. Təsəvvür edin ki, məhkəmə zalında təqsirləndirilən Azər Maqsudov çıxış edir. Görün, nələr deyir:

“Biz mərhumun 3-7-40 mərasimlərinə getdik. Lakin bizi qovdular, iştirak etməyimizi istəmədilər. Mərhumun qardaşı ilə barışığa getdik. Notariusa getmək üçün vaxt müəyyən etdik. Lakin bir-iki gün sonra bildirdilər ki, mərhumun həyat yoldaşı Şevda xanım barışığa razı deyil və nümayəndəsi danışacaq. Onlar əvvəlcə bizdən Bakı şəhərində 2 ədəd 2 otaqlı mənzil istədilər. Sonra 400 min manat, 250 min manat, sonda isə 125 min manat istədilər. Lakin biz 45 min manat təklif etdik. Mənim himayəmdə 2 azyaşlı var. Həmin azyaşlılardan biri l qrup əlildir. Mülki iddia yenidən 400 min manat olub. Mən aliməm, stomatoloq, ginekoloq deyiləm. Mediada tez-tez ixtisasımla bağlı çıxış edirəm, deyə tanınıram. Bu mülki iddianı yerinə yetirə bilmirəm”.

Bir anlıq söhbətin məhkəmədə yox, hansısa bazar da olduğunu zənn etdim. İnsan qanı üzərində al-ver gedir. 400 mindən 125 minə düşüblər. Söhbətə baxın! Düzdür, deyəcəksiniz ki, guya belə hadisə ilk dəfə baş verir? Təbii ki, yox. Hətta tanıdığım bir şəxsin də başına eyni hadisə gəlmişdi. Qəzada ölən kişinin 4 oğlu ayrı-ayrı elə böyük məbləğdə pul istəyirdilər ki... Hadisəni tərədən dedi ki, o boyda pulum olsa sizə niyə verirəm, ailəmə buraxıb, gedib oturaram həbsdə.

Ümumiyyətlə, bu nə “qan pulu” söhbətidir, anlamaq olmur. Bunu kim təyin edir, nəyə görə təyin olunur, ölənin kimliyinin fərqi nəzərə alınırmı, Taarif Şurasının məsələdən xəbəri varmı? Bir anlıq özümü tayfa, qəbilə qaydaları ilə idarə edilən bir zamanda hiss etdim.

Demək keçmişdə, bu məsələni tayfa və icma ağsaqqalları həll edirmiş. Baş ağrısı olmasın, burda da nələrə diqqət olunurmuş onu sadalayım sizə:

- Qətl qəsdən və ya təsadüfən törədilib.

- Qurbanın statusuna, cinsinə, yaşına və əhəmiyyətinə görə pulun məbləği dəyişirmiş.

- Ödəmə nağd, mal-heyvan, torpaq və ya başqa vasitələrlə ediləcəyinə də ağsaqqallar qərar verirmiş.

- Hətta belə qayda varıymış ki, ödəyən adətən ölümə səbəb olan şəxsin özü yox, onun tayfası olurmuş. Yəni get tayfana sahib çıx, bu da kollektiv məsuliyyət hesab olunurmuş və sair...

Amma bunlar çox çoxdanlarda olub. O vaxt ortada məcəllə, onu qəbul edən parlament, bu qanunların nə qədər pozulduğunu dəqiq tərəzi ilə ölçən məhkəmə filan yoxuymuş yəni. Bəlkə, Hesablama Palatasına müraciət edək? Onsuz da onların yoxlanışlarının arxasında həmişə böyük məbləğdə vəsaitlər qalır. Taarif Şurasına desək, qiymətlərin tənzimlənməsi xoşumuza gəlməyə də bilər. Ya da “qan pulu” üzrə Şura təsis edək. Bayaqdan ha söhbətin ətrafında dolaşıram bir çıxış yolu tapmıram.

Hə, yaddan çıxmamış onu da deyim ki, Azər müəllimin “qan pulu” söhbətindən sonra, pulunun çox olmaması barədə söylədikləri, ayrıca geniş bir mövzudur. O bildirib ki, mən aliməm, stomatoloq, ginekoloq deyiləm. Həkimlər arasındakı sosial durumla bağlı uçurum kimi mənzərəni o qədər gözəl təsvir edib ki... Eşq olsun Azər müəllim, heç bir yazar, jurnalist, rəssam, ssenarist bunu belə gözəl göstərə bilməzdi. Yəni ginekoloq olsaydım, 400 min manatı verməyə nə var ki....

Deməli belə, gedin tayfanızdan, yox ey, stomatoloq və ginekoloq qohum-qardaşlarınızdan 400 min manat götürüb yanınızda gəzdirin, bilmək olmaz başınıza nə gələcək.  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 Oktyabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see745

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see561

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see508

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see369

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see293

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see254

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see247

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see244

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see243

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see229

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see228

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see223

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see207

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see198

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see192

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see192

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see183

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see180

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see173

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri