Icma.az
close
up
RU
42 ilin stomatoloqu ixtisarlardan danışdı: “Bu yolla qiymətlər bahalaşacaq”

42 ilin stomatoloqu ixtisarlardan danışdı: “Bu yolla qiymətlər bahalaşacaq”

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Bir neçə gündür ki, bölgələrdəki TƏBİB tabeli tibb müəssisələrində fəaliyyət göstərən stomatoloqlar ixtisarlara etiraz edirlər. 

Təxminən yüzə yaxın həkim müxtəlif rayon və kəndlərdən gələrək bu qərara etiraz ediblər. Onlar bölgələrdə həkim, xüsusilə, stomatoloqların çatışmazlığını qeyd edərək verilən qərarın ədalətsiz olduğunu vurğulayıblar. TƏBİB Azərbaycanın müxtəlif rayonlarından olan stomatoloqların etirazına münasibət bildirib: 

“Son dövrlərdə stomatoloji xidmətlərin təşkili və şəffaflığın artırılması məqsədilə aparılan geniş təhlillər zamanı müxtəlif regionlarda stomatoloqların xidmət həcmi, iş yükü və real ehtiyac göstəriciləri araşdırılıb. 

Təhlillər nəticəsində bəzi stomatoloji xidmətlərin faktiki tələbatdan artıq olduğu, mövcud resursların qeyri-səmərəli istifadə edildiyi, ödənişlərin tam şəkildə nağdsız qaydada rəsmiləşdirilməməsi səbəbindən büdcə daxilolmalarının azaldığı müəyyən edilib. Bəzi regionlarda stomatoloqların sayının real ehtiyacı üstələməsi əlavə maliyyə yükünün yaranmasına səbəb olub. 

Araşdırmalar göstərib ki, stomatoloji xidmətlərin göstərilməsi zamanı istifadə olunan maddi resurslar (işçi heyəti üzrə əməkhaqqı xərcləri, avadanlıqların saxlanması, dərman və sərfiyyat materialları, kommunal xərclər və s.) bu xidmət üzrə əldə edilən maliyyə gəlirlərini üstələyir. 

Bunun nəticəsində stomatoloji xidmətlərin mövcud şəraitdə əvvəlki həcmlərdə davam etdirilməsi iqtisadi cəhətdən səmərəli hesab edilmir və bu sahədə əlavə optimallaşdırma tədbirlərinin görülməsi zərurəti yaranıb”. 

ÜST-ün tövsiyəsinə əsasən, əhalinin diş sağlamlığının qorunması üçün hər 10 min nəfərə minimum 3 stomatoloqun düşməsi məqsədəuyğun hesab olunur. Türkiyədə hər 10 min nəfər üçün 6.27 stomatoloq fəaliyyət göstərir. Gürcüstanda hər 10 min nəfərin payına 7.83 stomatoloq düşür. 

İranda hər 10 min nəfərə 5.23 stomatoloq, Rusiyada 10 min nəfərə 3.90 stomatoloq, Ermənistanda isə hər 10 min nəfərə 3.66 stomatoloq fəaliyyət göstərir. Bəzi Avropa ölkələrində isə göstəricilər daha yüksəkdir. Yunanıstanda 10 min nəfərə 13.5 stomatoloq, Macarıstanda 7.43 stomatoloq, Portuqaliyada 12 stomatoloq, Çexiyada 0.5 stomatoloq, Bolqarıstanda 15 stomatoloq fəaliyyət göstərir. 

Qeyd edək ki, bu gün bölgələrdə əhali sayına nəzər saldıqda stomotoloqların sayı o qədər də çoxluq təşkil etmir. Mövcud dövlət xəstəxanalarında isə cəmi bir neçə stomotoloq çalışır.  İşini itirən stomotoloqların fəaliyyəti necə tənzimlənəcək və bu proses yerlərdə stomotoloji xidmətlər zamanı qiymətlərin artmasına gətirib çıxaracaqmı? 

Məsələ ilə bağlı həkim-stomotoloq Zəlimxan Məmmədli “Cebheinfo.az”-a bildirib ki, ümumiyyətlə, həmin şəxslərə əmək hüququ olan vətəndaş kimi yanaşmaq lazımdır və o, əmək müqaviləsi əsasında fəaliyyət göstərir: 

“Sadəcə ixtisar etməklə, işdən çıxarmaqla, onu taleyin ümidinə buraxmaqla islahat olmur. İslahat fərqli bir meyardır. Tibb orqanlarında düşünürlər ki, ixtisar olduqda büdcədə artım olacaq. Bu, tamamilə yalnış addımdır. Əslində stomotoloqların fəaliyyətini tənzimləyən qanunvericilik aktlarında müəyyən dəyişikliklərin, yeniliklərin olması çox vacibdir. 

Mən əvvəllər də bunu təklif etmişəm ki, stomatoloqların fəaliyyəti, lisenziyalaşdırılmalıdır. Dövlət o güzəşti etməlidir ki, ödəniş etmədən lisenziya ala bilsinlər. Onlar sertifikasiyadan keçir, diplom alanlar var. Bundan sonra çalışdığı poliklinika, klinika dövlətə sadələşmiş vergiyə cəlb olunmalıdır. 

Əksər stomotoloq dövlət büdcəsinə gəlir gətirən bir mexanizmə çevrilməlidir. Onların əməkhaqqını kəsməklə biz nəinki dövlətə xeyir verir, əksinə, cəmiyyətdə ciddi mənəvi-psixoloji diskamfort yaradırıq. Ölkədə kifayət qədər stomotoloqlar var, mənə də müraciət edirlər. 

Onların taleyi necə olacaq? 

Həmin insanlara o həyəcanı yaşatmamalıdırlar. Ona görə də həll yolu lisenziyalaşma, sadələşmiş vergiyə cəlb etməkdir və mövcuq qanunlar buna imkan verir. Stomotoloqların istənilən klinikada fəaliyyəti leqallaşsın və əldə etdiyi gəlirin qanuna müvafiq olaraq vergi ödəyicisi kimi vergisi ödənsin. Ən yaxşı yollardan biri budur. Ancaq inzibati yollarla, qorxutmaqla, “səni imtahana çəkərəm” kimi fikirlər deməklə islahat etmək olmaz. Bu, inzibati amirlikdir”. 

Həmsöhbətimiz mövcud normativlərə uyğun olaraq stomotoloqların sayının çox olduğunu düşünmür: 

“Sadəcə stomotoloqlara münasibət sistemi yenilənməlidir. Onlar dövlətin bir ödəyicisi funksiyasını yerinə yetirməlidir. Bu, normal rəqabət mühitində qiymətlərin tənzimlənməsinə, ucuzlaşmasına gətirib çıxaracaq. Əksinə, bölgələrdə, məsələn, 3-5 stomotoloqa imkan yaradılacaqsa, digərləri ixtisar olunacaq. 

O zaman sual yaranacaq ki, niyə onlar ixtisar olunmur, biz ixtisar olunuruq? Bu da inamı sarsıda bilir. Üstəlik, bu, rəqabət mühiti olmadığı yerdə qiymət artımına gətirib çıxara bilər. Ümumiyyətlə, səhiyyə sistemində fundamental islahatlara ehtiyac var. Mən səhiyyə sistemində 42 ilə qədər stajı olan həkim kimi çox ciddi islahatlara ehtiyac olduğunu deyirəm”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: qiymət bahalaşma Zəlimxan Məmmədli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:38
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Yanvar 2026 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see187

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see162

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see157

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see157

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see153

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri