Icma.az
close
up
RU
425 min nəfər öldü, hər il 500 milyard gedir, asılı dövlət oldu...

425 min nəfər öldü, hər il 500 milyard gedir, asılı dövlət oldu...

Icma.az, Bakupost portalına istinadən məlumat yayır.


Ukraynada ölən Rusiya əsgərlərindən 200 186 nəfərinin kimliyini açıq mənbələr üzərindən təsdiq edən BBC-nin Rusiya xidməti və “Mediazona” internet resursu Rusiyanın ölən əsgərlərinin sayının 329 minlə 468.5 min nəfər arasında olacağı qənaətindədir. Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya qarşı başlatdığı, artıq beşinci ilinə qədəm qoymuş cinayətkar müharibəsində tərəflərin itkilərini araşdıran resursların hesabatlarından çıxan ortaq qənaət belədir ki, Rusiyanın ölən əsgərlərinin sayı 425 min civarındadır. Rusiyanın yaralı əsgər sayısı isə bundan ən azı iki dəfə çoxdur. Yaralıların 52 faizini əsasən əl, ayaq və ya gözünü itirərək şikəst olmuşlar təşkil edir. Rəsmi məlumatların təhlilinə görə, müharibənin geridə qalan dörd ili ərzində şikəst olan Rusiya vətəndaşlarının sayı 500 mindən çoxdur. Müharibədən təxris olunan əsgərlər tərəfindən öldürlən və ya şikəst edilən Rusiya vətəndaşlarının sayı da min nəfəri keçib.

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərov qeyd edib.

O bildirib ki, Rusiyanı aclıq və yoxsulluqdan qurtararaq zənginlik qazandıran neft, qaz və daş kömür sənayesi çöküb:

“Daş kömür və qaz sənayesi zərərlə işləyir. Neft sənayesi də son sanksiyalardan sonra sürətlə gəlirlərindən məhrum olur. Rusiya Dəmir Yolları zərərlə işləyir və 6 trilyon rubl borcunun faizini ödəyə bilmir. Bütün bunlar müharibənin daha bahalı olduğu, savaşın bir ilinin 500 milyard dollara başa gəldiyi bir zamanda baş verir.

Ukraynanın ay ərzində zərərsizləşdirdiyi Rusiya əsgərlərinin sayı ay ərzində səfərbər edilənlərin sayını ötüb. Buna görə də Rusiya irimiqyaslı hücumlar təşkil etmək qabliyyətini itirib. Halbuki Rusiya 2022-ci ilin martında indi olduğundan daha çox Ukrayna ərazisinə nəzarət edirdi. Bu o deməkdir ki, bir milyona yaxın əsgərin qurban verilməsi 2022-ci ilin martındakı üstünlüyü qorumağa imkan verməyib. Ukrayna Rusiyanı nəhəng itkilər verməyə vadar etməklə yanaşı, 2022-ci ilin martı ilə müqayisədə işğal altındakı torpaqlarının önəmli bir hissəsini azad edib.

Bütün bunlar göstərir ki, 2022-ci ilin martında İstanbulda aparılan danışıqlarda Ukraynanın sülh adı altında əslində kapitulyasiya vadar edilməsinin qarşısını alan Böyük Britaniyanın ovaxtkı Baş naziri Boris Conson Rusiyanın müstəmləkəçi siyasətinin qarşısının alınmasına necə böyük tarixi xidmət göstərib. İstanbul danışıqlarında Rusiya nümayəndə heyəti müharibənin dayandırılması üçün Ukraynadan Krımın və dörd vilayətinin (Donetsk, Luqansk, Herson və Zaporojye) ilhaqını tanımağı, təzminat ideyasından imtina etməyi, neytral statusunu qanuniləşdirməyi və ordusunun sayının 185 min nəfərə qədər azaldılmasını tələb edirdi. Bu gün Rusiya daha Xerson və Zaporojye vilayətlərini tələb etmir. Üstəlik, Ukraynanın 800 minlik orduya sahib olmaq, Avropa İttifaqına intiqrasiya haqqını qəbul etmək məcburiyyətində qalıb.

Rusiya beynəlxalq münasibətlərdə söz sahibi dövlətdən ABŞ-ın hər elədiyinə səssizcə tamaşa edən, qlobal enerji bazarlarında qayda müəyyənedici dövlətdən azsaylı alıcısının mərhəmətindən asılı düşmüş dövlətə çevrilib.

Bütün bunlar 2022-ci ilin martında İstanbulda aparılan danışıqlarda Ukraynanı kapitulyasiya vadar edilməsi prosesinin qarşısını alan Böyük Britaniyanın Baş naziri Boris Conson tarixi xidmətidir.

Ukraynanı kapitulyasiyadan, bununla da digər postsovet respublikalarını Rusiyanın işğal təhlükəsindən xilas edilməsinə böyük töfhə verən Boris Consonun tarixi xidməti layiqincə qiymətləndirilməlidir”.

Asena,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 Fevral 2026 20:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri