Icma.az
close
up
RU
Menu

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

Sevdiyiniz musiqi ağrını azalda bilər

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

4,3 milyon avro nəyə xərclənib?

4,3 milyon avro nəyə xərclənib?

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Liberal və ultra-sağ düşüncəli dairələr arasında mübarizə

Məqsəd daxili güc toplamaqdır

Avropa İttifaqının siyasi gündəmində avropalı parlamentarilərin qanunsuz əməlləri ilə bağlı yeni məlumatlar ortalığa çıxıb. Belə ki, Avropa Parlamentində radikal sağ qüvvələri birləşdirən sabiq “İdentiklik və Demokratiya” (ID) fraksiyasının parlament tərəfindən həvalə edilmiş milyonlarla avroluq vəsaiti qanunsuz şəkildə xərclədiyi iddiası yeni qalmaqala səbəb olub. Almaniyanın “Tagesschau” xəbər agentliyinin məlumatına görə, ARD kanalının “Kontraste” proqramının, “Die Zeit”, “Le Monde” və “Falter” qəzetlərinin daxil olduğu beynəlxalq araşdırma qrupunun 29 səhifəlik hesabatında qeyd olunur ki, “İdentiklik və Demokratiya” fraksiyasının deputatları 2019-2024-cü illərdə Avropa Parlamentindən aldığı 4,3 milyon avroluq vəsaiti hüquqa zidd şəkildə istifadə edib. Ötən ilin yayında özünü buraxan fraksiyanın tərkibində Avstriyanın Azadlıq Partiyası (FPÖ), Fransanın “Rassemblement National” partiyası və “Almaniya üçün Alternativ” (AfD) partiyası yer alıb. Sözügedən sənəddə vurğulanır ki, ID fraksiyası müxtəlif təşkilatlara Avropa İttifaqının fəaliyyət sahəsinə uyğun gəlməyən qanunsuz ianələr ayırıb - fraksiyanın üzvləri həmin vəsaitin bir hissəsini dini və ideolojiyönümlü qurumlara, o cümlədən fraksiyaya yaxınlığı ilə tanınan şəxslərlə əlaqəli təşkilatlara ayırıb. Eyni zamanda, tender qaydalarına əməl olunmadan müxtəlif şirkətlərə iri məbləğli sifarişlərin verilməsi, süni qiymət artımı və şəffaf olmayan razılaşmalarla bağlı ittihamlar da sənəddə yer alıb. Bütün bu məlumatlarla yanaşı, hesabatda 3 milyon avrodan çox vəsaitin qanunsuz şəkildə xidmət müqavilələrinə xərcləndiyi, o cümlədən Avstriyadakı ifrat sağçı “Zur Zeit” həftəlik qəzetinə 2019-2024-cü illərdə 600 avroluq reklam və əlavələr üçün vəsait ödənildiyi də qeyd olunub. ID fraksiyasının keçmiş baş katibi Filip Kleyz hesabatdakı ittihamları rədd edib və bildirib ki, fraksiyanın maliyyə hesabatları hər il həm xarici auditorlara, həm də Avropa Parlamentinin aidiyyatı qurumuna təqdim olunub.

Məsələyə Avropa Prokurorluğu da qarışacaq

Xristian Demokratlar İttifaqının (CDU) Avropa Parlamentindəki üzvü və Büdcə nəzarəti komitəsinin rəhbəri Niklas Herbst vəsaitlərin geri qaytarılmalı olduğunu və Avropa Prokurorluğuna (EPPO) rəsmi şikayətin təqdim ediləcəyini bildirib. Prosesə Avropa Komissiyasının dələduzluqla mübarizə üzrə Avropa bürosunun (OLAF) da cəlb olunması gözlənilir. Fraksiyanın şübhəli ianə praktikasının 2019-cu ildən əvvəl də mövcud ola biləcəyi iddia edilir. Hesabatın bütün ödənişləri tam şəkildə əhatə etmədiyi nəzərə alınaraq, 4,3 milyon avroluq məbləğin daha da arta biləcəyi ehtimal olunur. Bu məsələ Avropa Parlamentinin tarixində ən ciddi maliyyə qalmaqallarından biri hesab edilir. 

Məqsəd öz elektoratını artırmaqdır

Məsələ ilə bağlı politoloq Asif Nərimanlı “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Avropalı parlamentarilərin korrupsiya və digər qanunsuz əməlləri ilə bağlı məlumatların ortya çıxması təəccüblü görünmür. O, bildirib ki, Avropa Parlamenti daxil olmaqla Avropa İttifaqının bütün strukturlarında korrupsiya halları baş verir. “Avropa Parlamentinin üzvləri hər zaman lobbiçilik üzərində böyük pullar qazanıblar. Onların lobbiçilik fəaliyyəti AP-də bu günə qədər qəbul olunan qətnamələrə və qərarlara, o cümlədən Aİ-nin xarici siyasət kursuna öz təsirini göstərib.  Ötən il Avropa Parlamentində siyasilərin və deputatların lobbiçilik fəaliyyətinin məhdudlaşdırılması barədə məsələ qaldırılmışdı,” - deyən A.Nərimanlı vurğulayıb ki, ultra-sağçı parlamentarilərin qanunsuz əməllərində iki əsas məqama diqqət yetirmək lazımdır: “Ola bilsin ki, Avropa media qurumlarının bu məlumatları bir az şişirdilib. Amma Avropa parlamentarilərin əməllərində korrupsiya və digər qanunsuz halların olması istisna deyil. Ultra-sağçılar da buna meyl göstərirlər. Bu məsələ gündəmə gəlməmişdən əvvəl də qatı sağçı deputatların onlara ayrılan maliyyə vəsaitin təyinatdan kənar sahələrə xərcləməsi ilə bağlı iddialar var idi. Onlar öz ölkələrində yerli əhali arasında öz elektoratını artırmaq və seçicilərin dəstəyini qazanmaq üçün maliyyə vəsaitlərinin xərclənməsində qanuna zidd əməllərə yol veriblər. Ümumiyyətlə, ultra-sağ və ultra-sol meyilli partiyaların büdcəsi hər zaman zəif olub. Həmin partiyalar adətən öz ianələri hesabına özlərini maliyyələşdirirlər. Avropada uzun müddət liberal düşüncə hakim olduğundan biznes dairələri əsasən liberal iqtisadiyyat xəttini dəstəkləyən sağ-mərkəzçi, sol-mərkəzçi və mərkəzçi partiyaları dəstəkləyiblər. Bu siyasət davam etməkdədir,”. A.Nərimanlı əlavə edib ki, Avropada liberal və ultra-sağ düşüncəli dairələr arasında ciddi mübarizə gedir. “Son üç-dörd il ərzində Aİ-nin bir çox üzv ölkələrində baş tutan bütün seçkilərdə qatı sağ yönümlü  qüvvələr öz mövqelərini daha da gücləndirdilər. Bu isə liberal dairələri ciddi narahatlığa qərq edib. Böyük ehtimalla, ultra-sağçı parlamentarilərin qanunsuz maliyyə xərcləri ilə bağlı yayılan məlumatlar liberal dairələr tərəfindən təşkil olunub. Məqsəd də sağ cəbhənin nüfuzuna ağır zərbə vurmaqdır”.

Aİ-nin resurslarından yararlanan oyunçular

Politoloq Tural İsmayilov qəzetimizə şərhində bildirib ki, ultra-sağçı partiyalar Aİ-ni “bürokrat cəngəlliyi” kimi təqdim etsələr də, eyni sistemin maliyyə imkanlarından yararlanmaqda maraqlıdırlar. “Həmin partiyalara ayrılan vəsaitin şübhəli xərclənməsi bu qüvvələrin əslində sistemin tənqidçisi yox, içindəki resurslardan maksimum faydalanmağa çalışan oyunçular olduğunu göstərir. Avropa strukturlarına qarşı olan ritorika isə əsasən daxili auditoriyanı manipulyasiya etməyə hesablanıb. Onlar üçün Aİ-yə daxil olmaq, bir növ, “resurslara giriş kartıdır”, ideoloji inam isə arxa plandadır. Dini təşkilatların və qaranlıq biznes çevrələrinin bu prosesdə vasitəçi kimi istifadəsi bir neçə məqsədə xidmət edir. Birincisi, bu kanallar vasitəsilə vəsaitlərin izini itirmək asanlaşır. İkincisi, bu qurumlar vasitəsilə həm elektoratla daha emosional rabitə qurulur, həm də alternativ informasiya kanalları yaradılır. Sağçı populistlər üçün kilsə və dini fondlar sosial mobilizasiyanın rıçaqları kimi çıxış edir. Eyni zamanda, biznes strukturlarından istifadə həm maliyyə təminatı, həm də media sahəsində təsir gücünün artırılmasına yönəlib. Vəsaitlərin məqsədyönlü şəkildə xərclənməsi əvəzinə siyasi təbliğata yönəldilməsi isə vətəndaşların real problemlərinin arxa plana keçməsinə səbəb olur. Beləliklə, bu qüvvələrin əsas məqsədi Aİ-ni dəyişməkdən çox, onun zəifliklərindən istifadə edərək daxildə güc toplamaqdır”.  T.İsmayilov, həmçinin qeyd edib ki, sağ-populistlərin korrupsiya bataqlığına batması onların da digər sistem partiyalarından mahiyyət etibarilə fərqlənmədiyini göstərir. “Bu proses Avropada liberal dəyərlərə inamın zəifləməsinə səbəb olmaqla bərabər, geosiyasi parçalanma risklərini də artırır. Və nəhayət, bu korrupsiya faktları, onların, əslində, hansı ideologiyadan daha çox hansı strukturlar üçün işlədiklərini açıq şəkildə ortaya qoyur”.

Yunis ABDULLAYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 İyul 2025 08:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see509

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see325

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see295

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see281

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see279

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see273

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see273

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see251

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see247

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see243

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see242

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see235

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see217

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see217

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see211

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see195

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see191

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri