Icma.az
close
up
RU
Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib

Əziz Əliyevin 130 illik yubileyi Gəncədə qeyd edilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gəncə, 31 oktyabr, AZƏRTAC

Gəncə şəhərində görkəmli dövlət və elm xadimi, həkim Əziz Əliyevin anadan olmasının 130 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfrans Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında təşkil olunub. Əvvəlcə Əziz Əliyevin xatirəsi ehtiramla yad edilib.

Çıxışlarda Əziz Əliyevin Azərbaycan səhiyyəsinin, tibb elminin və milli tibb təhsilinin inkişafında müstəsna xidmətləri vurğulanıb, onun zəngin elmi və ictimai irsinin əhəmiyyətindən danışılıb.

Bildirilib ki, Əziz Əliyev səhiyyənin inkişafını yalnız tibb müəssisələrinin fəaliyyəti ilə məhdudlaşdırmayıb, yüksəkixtisaslı və peşəkar həkim kadrlarının hazırlanmasını da ölkənin gələcəyi baxımından mühüm strateji məsələ kimi qarşıya qoyub. Onun təşəbbüsləri və fəaliyyəti Azərbaycanda tibb təhsilinin və səhiyyə sisteminin inkişafında mühüm mərhələ təşkil edib.

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutun rektoru, professor Nazim Panahov çıxışında Əziz Əliyevin irsinin bu gün də tibb sahəsində çalışan mütəxəssislər üçün mühüm örnək olduğunu bildirib. Qeyd edib ki, rəhbərlik etdiyi təhsil müəssisəsində həkimlərin bilik və bacarıqlarının artırılması, müasir tibbi nailiyyətlərin səhiyyə sisteminə tətbiqi istiqamətində həyata keçirilən işlər Əziz Əliyevin müəyyən etdiyi missiyanın davam etdirilməsinə xidmət edir.

Sonra konfrans öz işini elmi məruzələrlə davam etdirib. Məruzələrdə Əziz Əliyevin həyat və fəaliyyəti, Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafına verdiyi töhfələr, eləcə də onun elmi-pedaqoji irsi müxtəlif aspektlərdən təhlil olunub.

Qeyd edilib ki, Əziz Əliyevin 130 illik yubileyinin Gəncədə elmi-praktiki konfrans formatında qeyd olunması onun irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətlidir.

Müxbir - Elcan Məmmədov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 Oktyabr 2026 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see330

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see301

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see289

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see286

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see282

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see280

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see280

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see258

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see254

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see251

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see247

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see240

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see229

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see223

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see222

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see216

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see207

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see197

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see197

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri