Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

43 milyon insan dünyanı görə bilmir

43 milyon insan dünyanı görə bilmir

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Ümumdünya Görmə Günü hər il oktyabrın ikinci cümə axşamı qeyd olunur və bu gün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə görmə zəifliyi, korluq və digər göz problemləri olan insanlara diqqət yönəltmək, bu problemlərin qarşısının alınması üçün maarifləndirmə aparmaq məqsədi daşıyır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada təxminən 43 milyon insan tam kordur. Bundan əlavə, 295 milyon nəfər ciddi görmə zəifliyindən əziyyət çəkir. 2.2 milyard insan ya qarşısı alına bilən, ya da müalicə olunmayan görmə pozuqluğuna malikdir. 1 milyard insan arasında görmə qüsuru birinci yerdədir, 65,2 milyon nəfər katarakta, 6,9 milyon nəfər qlaukoma, 4,2 milyon nəfər buynuz qişanın şəffaflığı, 3 milyon nəfər diabetik retinopatiya, 2 milyon nəfər traxoma xəstəliyi ilə yaşayır. Bundan əlavə, təxminən 826 milyon insan yaşlanma səbəbindən yaxın və uzaq məsafələrdə görmə pozuqluğu yaşayır. Artan dünya əhalisi və qocalma nisbəti ilə paralel görmə qüsuru olan insanların sayının daha da artacağı qaçılmazdır.

Dünya ölkələrinin səhiyyəsində göz sağlamlığının yaxşılaşdırılması, xəstəliklərin erkən qarşısının alınması və qarşısı alına bilməyənlərin müalicəsi və reabilitasiyası bir çox hallarda sığorta sistemi vasitəsi ilə aparılır, həyatı boyu göz xəstəlikləri və görmə pozğunluğu olanların bütün ehtiyaclarını qarşılamaq üçün effektiv müdaxilələr mövcuddur. Bu müdaxilələrdən bəziləri olduqca praktik və sərfəli olur, bir çox ölkədə sığorta ilə bütün xərclər ödənilir.

Katarakta (ağ ləkə) dünyada korluğun əsas səbəbidir, təxminən 45–50%-lik bir rəqəmlə ifadə olunur. Xüsusilə Afrika və Asiyanın isti, günəşli bölgələrində daha çox yayılıb. Qlaukoma, yəni göz təzyiqi görmə sinirinə zərər vurur, bəzən simptom vermədən korluğa səbəb olur. Ən çox Latın Amerikası, Afrika və Cənub-Şərqi Asiyada yayılıb. Diabetik retinopatiya diabet xəstələrinin görmə sinirində qan damarlarının zədələnməsi nəticəsində yaranır. ABŞ, Hindistan və Çin kimi ölkələrdə diabet artdığı üçün bu xəstəlik də çoxalıb. Yaşa bağlı makula degenerasiyası (YBMD) görmənin mərkəz hissəsini zəiflədir. Ən çox Avropa, ABŞ və Yaponiyada yaşlı əhali arasında rast gəlinir. Refraksiya pozğunluqları - miyopiya, hipermetropiya, astiqmatizm kimi xəstəliklər dünyada ən geniş yayılmış görmə problemləridir. Xüsusilə Asiyada, xüsusən də Cənubi Koreya, Yaponiya və Çin kimi ölkələrdə məktəblilərin 80–90%-ində miyopiya (uzaqgörmə zəifliyi) müşahidə olunur.

Erkən müayinə görməni mühavizə edir, ona görə 40 yaşdan sonra hər 1–2 ildən bir göz yoxlanışı vacibdir. Günəş eynəyi istifadəsinə önəm verin, Günəşin UV-A və UV-B şüaları göz bülluruna, tor qişaya və görmə sinirinə zərər verə bilər. Keyfiyyətli eynəklər bu şüaları 99–100% dərəcəsində zərərsizləşdirir. Bu həm də katarakta, makula degenerasiyası və fotokeratit (göz yanığı) riskini azaldır.

Göz sağlamlığını qorumaq üçün qidalanma çox böyük rol oynayır, çünki görmə orqanının sağlam qalması üçün bədənə müəyyən vitaminlər, minerallar və yağ turşuları lazımdır. Sağlam qidalanma, A, C, E vitaminləri və omeqa-3 yağ turşuları göz sağlamlığına müsbət təsir edir. Məsələn, A vitamini (beta-karotin) gecə görməsini qoruyur, göz quruluğunun qarşısını alır. Əgər yerkökü, balqabaq, şirin kartof, ispanaq, yumurta sarısı, qaraciyər kimi qidalar yesəniz gecələr də dəqiq görə bilərsiniz. C vitamini retina hüceyrələrini sərbəst radikallardan qoruyur, katarakta riskini azaldır. Siz C vitaminini portağal, kivi, çiyələk, bibər, brokkolidən ala bilərsiniz. E vitamini görmə sinirini qoruyur, hüceyrə zədələnməsini azaldır, ona görə də bol miqdarda badam, fındıq, günəbaxan tumu, avokado yemək lazımdır.

Omega-3 yağ turşuları (EPA və DHA) Retina hüceyrələrinin, yəni torlu qişanın fəaliyyətini gücləndirir, quru göz sindromuna qarşı qoruyur, qızılbalıq, skumbriya, ton balığı, çia toxumu, kətan yağı kimi qidalarda bu yağ turşuları daha çoxdur. Sink də (Zn) Görmə piqmentlərinin sintezi üçün vacibdir, makula degenerasiyasının qarşısını alır , mal əti, yumurta, dəniz məhsulları, qoz-fındıq ilə qidalanaraq bu piqmentləri də qoruya bilərsiniz. Şəkər və təzyiqin nəzarətdə saxlanması diabetik və damar mənşəli problemlərin qarşısını alır.

Həddindən artıq şəkərli və duzlu qidalar gözlərin Retina hüceyrələrini, damar sistemini zəiflədir. Retina və ya torlu qişa — gözün arxa hissəsində yerləşən çox nazik, amma çox vacib sinir təbəqəsidir. Ona gözün beyin ilə əlaqə yaradan hissəsi də deyə bilərik. Siqaret istifadəsi də retina hüceyrələrini zədələyir, qəhvənin və enerjili içkilərin çox istifadəsi göz təzyiqini artırır. Su az içmək göz quruluğu və gözdə yanma hissi yaradır.

Unutmayın, göz insan orqanizminin ən mürəkkəb və ən dəyərli orqanlarından biridir. O bizi xoşbəxt edən hormonların yaranmasına da səbəb olur. Belə ki, görmə bacarığı emosional vəziyyətə və yaddaşa birbaşa təsir edir. Sevdiyiniz bir insanın üzünü görmək və ya gözəl bir təbiət mənzərəsini izləmək beyində serotonin, dopamin ifraz edir ki, bu da insan xoşbəxtliyi üçün əhəmiyyətlidir. Görmək bizi daha çox sosiallaşdırır, daha çox oxuyuruq, daha çox müşahidə edə bilirik. Görmə qabiliyyətimizi qorumaq həm də dünyaya baxışımızı, ünsiyyətimizi, ruh sağlamlığımızı qorumaq deməkdir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “uşaq və gənclərin fiziki və mənəvi inkişafı ” istiqaməti çərçivəsində hazırlanıb

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Oktyabr 2025 12:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see576

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see523

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see385

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see305

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see266

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see260

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see257

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see255

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see243

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see236

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see231

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see216

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see207

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see204

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see202

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see197

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see193

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see188

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see187

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri