43 min obyektdən yalnız 10 faizi çıxarış alıb Zahid Oruc
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Vətəndaşların hüququnu iqtisadi dəyərə çevirə bilən hüquqi mexanizmdir. İnsanlar illərlə zəhmət çəkərək ev tikirsə, istehsal sahəsi yaradırsa, vergi ödəyirsə, yeni iş yerləri açırsa, lakin həmin əmlakı hüquqi baxımdan rəsmiləşdirə bilmirsə, təkcə fərd və ya ailə deyil, iqtisadiyyat da itirir".
Redaktor.az xəbər verir ki, bu barədə Milli Məclisin iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı danışarkən bildirdi.
O vurğuladı ki, tanınmış iqtisadçı Hernando de Soto deyir ki, kapitalın ən böyük düşməni hüquqi qeyri-müəyyənlikdir:
"Belə əmlak nə pul vəsaiti kimi dövriyyədə iştirak edir, nə investisiya gəliri gətirir, nə də iqtisadi inkişafın hərəkətverici qüvvəsinə çevrilir. Birinci növbədə, imzalanan, qeyri-yaşayış təyinatlı obyektlərin iki il müddətinə istismarına icazə verilməsi ilə bağlı fərman əmlak amnistiyası kimi qiymətləndirilməlidir. Bunun əsas məqsədi təhlükəsizlik tələblərinə cavab verən, lakin sənədsiz olan qeyri-yaşayış obyektlərini leqallaşdırmaq və onların iqtisadi dövriyyəyə qaytarılmasını təmin etmək idi.
ƏMDX-nin məlumatına görə, 2025-ci ilin oktyabr ayınadək cəmi 18 523 müraciət daxil olub, 4 956 obyektin istismarına icazə verilib, 3 931 obyekt dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla təmin edilib. Rəqəmlər göstərir ki, nəzərdə tutulan 43 min qeyri-yaşayış obyektinin hələ də yarısı rəsmi orqanlara müraciət etməyib, yalnız 10 faizi hüquqi sənədlərlə təmin olunub. Fərmanın öz məqsədinə çatması üçün yerdə qalan 90 faiz əmlak da rəsmiləşdirilməlidir.
İkinci məqam ondan ibarətdir ki, fərmanın icrası ilə bağlı aparılan təhlillər göstərir: dövlət mülkiyyətində olan torpaq sahələrində yerləşən qeyri-yaşayış obyektlərinin 43,5 faizi yerli icra hakimiyyəti başçılarının sərəncamları, 40,9 faizi isə icarə müqavilələri əsasında fəaliyyət göstərir. Bələdiyyə torpaqlarında yerləşən obyektlərin 58 faizində hüquqi əsas bələdiyyə qərarıdır. Eyni araşdırmaya görə, torpaq hüquqlarını rəsmiləşdirə bilməyən respondentlərin 52 faizi bunun səbəbini sənədlərin olmaması ilə izah edib. Sorğu iştirakçılarının 12,6 faizinin torpaq sahəsinə dair heç bir sənədinin olmadığını bildirməsi qeyri-formal biznes fəaliyyətinin də mövcud olduğunu göstərir".
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 13 İyul 2026 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















