Pendir xolesterin səviyyəsinin yüksəlməsinə səbəb olur
Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Xolesterini yüksək olan şəxslər bəzi qidaları qəbul edərkən daha diqqətli olmalıdırlar. Xüsusilə pendirin həddindən artıq istehlakı sağlamlıq üçün müəyyən risklər yarada bilər.
Axşam.az xəbər verir ki, “Şarkul Avsat” nəşrində yer alan məlumata görə, pendirin tərkibindəki doymuş yağlar pis xolesterin (LDL) səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Buna görə də az yağlı və ya yağsız pendirlərə üstünlük vermək doymuş yağların qəbulunu azaltmağa kömək edir.
Mütəxəssislər bir çox pendir növü üçün gündəlik porsiyanın təxminən 28 qram olmasını tövsiyə edirlər.
Amerika Ürək Assosiasiyası (AHA) isə xolesterini yüksək olan şəxslərə gündəlik qəbul etdikləri ümumi kalorinin 6 faizindən çoxunun doymuş yağlardan ibarət olmamasını məsləhət görür. Gündəlik 2000 kalorilik qidalanma rejimində bu, təxminən 11-13 qram doymuş yağa bərabərdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 20 Noyabr 2026 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















