43 yaşında yeni peşə: NBA nın sabiq ulduzu polis oldu
Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Amerika Milli Basketbol Assosiasiyasının (NBA) sabiq ulduzu Amare Stadmayr polis əməkdaşı olub.
Apasport.az xəbər verir ki, 43 yaşlı keçmiş basketbolçu ABŞ-nin Mayami şəhərində polis akademiyasında təhsilini başa vuraraq yeni peşəyə yiyələnib.
O, Mayami-Deyd məktəb polisi idarəsində xidmətə başlayıb. Stadmayrın əsas vəzifəsi məktəblərdə şagirdlərin və əməkdaşların təhlükəsizliyinin təmin edilməsinə kömək etmək olacaq.
Sabiq basketbolçu bu məqsədlə təxminən 11 ay xüsusi hazırlıq keçib. Oktyabrda polis akademiyasını bitirən Stadmayr noyabrda rəsmi andiçmə mərasimindən sonra yeni vəzifəsinin icrasına başlayıb.
Altı dəfə NBA-nın Ulduzlar oyununda iştirak edən amerikalı idmançı bu qərarı ilə uzun illər əvvəlki arzusunu reallaşdırıb. O, uşaqlıqdan polis əməkdaşı olmaq istədiyini bildirib.
Qeyd edək ki, Amare Stadmayr NBA karyerası ərzində “Finiks Sans”, “Nyu-York Niks”, “Dallas Maveriks” və “Mayami Hit” klublarında çıxış edib. O, 2026-cı ildə Basketbol Şöhrət Zalına daxil edilib.
Vasiliadis: “Oyunçularımız sanki istirahətə gəlmişdilər” Murad Dikmen: “Komanda olaraq çox yaxşı çıxış etdik” "Neftçi" Latviya səfərindən məğlub qayıdır - YENİLƏNİB “LANDAU Lions” məğlub olub ABŞ-li basketbolçu "Gəncə"də - RƏSMİ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 24 Noyabr 2026 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















