Icma.az
close
up
RU
44 günlük müharibə və 23 saatlıq lokal antiterror əməliyyatından sonra bölgədə yeni reallıq yarandı

44 günlük müharibə və 23 saatlıq lokal antiterror əməliyyatından sonra bölgədə yeni reallıq yarandı

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“20 sentyabr Dövlət Suverenliyi Günü kifayət qədər çox əlamətdar bir hadisədir və bir çox dövlətlər üçün də sözün əsl mənasında mühüm əhəmiyyət kəsb edən bir tarixin qeyd olunmasına həsr olunub. Çünki yer üzündə kifayət qədər çoxsaylı dövlətlər var ki, onlar deyuri müstəqildirlər, deyuri suverendirlər. Amma defakto öz suveren hüququndan istifadə edə bilmirlər. Bəziləri ümumiyyətlə, bu hüquqdan istifadə etmək hüququ belə ona məxsus deyil. Digər respublikalar nə qədər də özünü müstəqil respublika kimi göstərsələr də, onlar yenə də hansısa böyük dövlətlərin güclü dövlətlərin təsiri altındadır və onların göstərişi ilə mövcudluğunu davam etdirir”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Allahverənov danışıb. Deputatın fikrincə, istənilən halda Azərbaycan üçün bu tarix ona görə əlamətdardır ki, 44 günlük Vətən müharibəsindən sonra artıq yeni bir reallıq yaranmışdı: “Ölkənin 30 ildən çox bir müddətdə işğal altında olan əraziləri, müharibə dönəmində Azərbaycan xalqının qələbəsi sayəsində Azərbaycan ordusunun verdiyi itkilər və müzəffər Ali Baş Komandanın rəhbərliyi altında uğurlu şəkildə həyata keçirilmiş hərbi əməliyyatlar nəticəsində işğaldan azad olunmuş, çox az bir hissəsi Rusiyanın sülhməramlı qüvvələrinin nəzarəti altında qalmışdı. Təəssüflər olsun ki, bu ərazilərdə həm də erməni hərbi birləşmələri, xüsusilə də qondarma rejimə məxsus olan hərbi birləşmələrin olması və Ermənistan silahlı qüvvələrinin hərbi dəstələrinin mövcudluğu burada destruktiv mahiyyət daşıyırdı. Hər zaman təxribatların törədilməsində maraqlı olan həmin qüvvələr hətta Azərbaycan əhalisinin mülki vətəndaşlarına qarşı belə təxribatlar törədirdilər. Bu səbəbdən də, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarını təşkil edənlərin torpaqlarından çıxarılması məqsədilə böyük bir əməliyyat başlandı. Sonrakı mərhələdə bu əməliyyat tarixə dövlət suverenliyinin tam bərpa olunma əməliyyatı kimi daxil edildi. Çünki məhz 23 saat ərzində yekunlaşan lokal əməliyyatların nəticəsi olaraq Ermənistanın silahlı qüvvələri tərksilah edilmiş və qondarma rejimin hərbi birləşmələrinin ölkə ərazisinin çıxarılmasına müvəffəq olmuşdu.

Azərbaycan və nəticə etibarilə ölkənin konstitusiya quruluşu onun bütün ərazilərində tam bərpa edilmiş və nəticədə ölkənin suverenliyi tam şəkildə bərpa olunaraq beynəlxalq münasibətlər sistemində, sözün əsl mənasında son 80 il ərzində yeganə dövlət kimi bütün ərazilərdə suverenliyini təmin edən, ərazilərini işğaldan azad edən və eyni zamanda separatçılığa son qoyan bir dövlət kimi dünya tarixində öz adını qızıl hərflərlə yazmağa müvəffəq olmuşdu”.

Azər Allahverənov

Deputat bildirib ki,  yeni bir reallıq formalaşdı və bu yeni reallıq bilavasitə sülh danışıqlarının aparılması ilə şərtlənən bir reallıq oldu, çünki Azərbaycan tərəfinin dəfələrlə Ermənistana müraciət etməsi, sülh danışıqlarında maraqlı olması Ermənistan tərəfindən inkar edilir və nəticə etibarilə etinasız yanaşılırdı. Deputat hesab edir ki, baş vermiş həmin 23 saatlıq və dövlət suverenliyinin bərpa əməliyyatı nəticəsində artıq Azərbaycan Ermənistanı yeni reallıqla barışmaq məcburiyyətində qoydu və Ermənistan artıq dərk etməyə başladı ki, sülhün alternativi yoxdur.

“Yalnız sülh şəraitində yaşamaqla ölkə özünün suveren hüququnu bərqərar edə bilər ki, bu da qeyd etdiyim kimi, bir çox dövlətlərə hələlik tam şəkildə öz hüququnu həyata keçirmək nəsib olmadığı halda, Ermənistan üçün bu imkanlar yaranmış olur və bu imkanları Azərbaycan verir. 44 günlük Vətən müharibəsindən sonra dərhal Azərbaycanın yeni gündəliklə çıxış etdi. Azərbaycanın təklif etdiyi beş sülh prinsipi bilavasitə sonrakı mərhələdə 2025-ci ilin mart ayında artıq iki tərəf arasında razılaşdırılmış 17 bənddən ibarət olan sülh sənədinin əsasını təşkil etdi və sonrakı proseslər avqust ayının 8-də Vaşinqtonda həmin sənəd paraflandı. Nəticə etibarilə sülh danışıqlarının uğurlu şəkildə irəli aparılması üçün çox əlverişli bir şərait yarandı”-deyən deputat hesab edir ki, bunun da təbii ki, əsası məhz 2023-cü ildə 19-20 sentyabr tarixlərində həyata keçirilmiş dövlət suverenliyi bərpa əməliyyatı nəticəsində mümkün olmuşdu.

“Sırf bu nöqtey-i nəzərdən bu hadisənin əhəmiyyəti, tək sülh danışıqları prosesinin aparılması üçün əlverişli bir mühitin yaradılması və ya işğalçı dövləti buna məcbur edilməsi yox, həm də bütövlükdə Cənubi Qafqaz bölgəsinin inkişafına xidmət edə biləcək bir şəraitin yaranmasına gətirib çıxartdı. Çünki faktiki olaraq, ölkənin suveren hüququnun bütün ərazilərində tam bərpa olunduqdan sonra Ermənistanla aparılan danışıqlar, eyni zamanda bölgənin inkişafına xidmət edən bir sıra təşəbbüslərin həyata keçirilməsi üçün əlverişli bir şərait yaratdı. Bu gün artıq kommunikasiyaların açılması, dəhlizlərin işə salınması, eyni zamanda iki dövlət üzərindən daha geniş kontekstdə iqtisadi əlaqələrin qurulması üçün bir əlverişli mühit yaranıb. Bütün bunlar sülh prosesinin uğurlu şəkildə aparılmasına, etimadın qarşılıqlı şəkildə qurulmasına, bu əsasda gələcəkdə konstruktiv dialoqun inkişaf etdirilməsi üçün çox əlverişli bir zəmin yaratmış oldu”-deyən deputat bildirib ki, 2023-cü ildə həyata keçirilmiş dövlət suverenliyinin tam bərpa olunma əməliyyatı, məhz bu səbəbdən tarixi bir hadisədir.

“Tək Azərbaycan üçün yox, eyni zamanda Cənubi Qafqaz üçün Avrasiya qitəsi üçün və beynəlxalq münasibətlər sistemində mövcud olan digər qarşıdurmalar, gərginliklər və münaqişələr fonunda örnək ola biləcək bir hadisə kimi dəyərləndirilir. Azərbaycanın bu əməliyyatlar nəticəsində yaratdığı yeni reallıq, bütövlükdə həm sülh prosesinin uğurlu şəkildə aparılması üçün zəmin yaratdı.

Azərbaycan ərazisində separatçılığa son qoymaqla bir çox dövlətlər üçün separatçılıqla effektiv mübarizə aparmaq modelini də müəyyənləşdirmiş oldu. Məhz bu tip yanaşmalar və uğurlar dünyanın mütərəqqi qüvvələri tərəfindən çox müsbət dəyərləndirilib.

Azərbaycana göndərilən çoxsaylı məktublarda, müraciətlərdə, təbriklərdə bu element xüsusilə qabardılır və ön plana çəkilir”-deyə Azər Allahverənov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Sentyabr 2025 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see658

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see273

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see253

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see248

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see219

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see185

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see178

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see177

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see151

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri