Icma.az
close
up
RU
44 günlük Zəfər Azərbaycanın dövlətçiliyinə və regional mövqeyinə yeni istiqamət verdi POLİTOLOQ ŞƏRH ETDİ

44 günlük Zəfər Azərbaycanın dövlətçiliyinə və regional mövqeyinə yeni istiqamət verdi POLİTOLOQ ŞƏRH ETDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə, Azərbaycanın müasir tarixində yalnız hərbi və siyasi qələbə kimi deyil, həm də dövlətçilik, milli kimlik və regional siyasət baxımından dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu Zəfər bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə dövlətin əsas məqsədini reallaşdırdı, digər tərəfdən isə milli birliyin və xalq-iqtidar həmrəyliyinin real gücə çevrilə biləcəyini sübut etdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, bu hadisə Azərbaycanın dövlətçilik ənənələrinin möhkəmlənməsinə böyük təsir göstərdi. Vətən müharibəsi dövründə xalq, ordu və siyasi rəhbərlik arasında yaranan qarşılıqlı inam və birliy, dövlətin idarəçilik sisteminin sınaqdan çıxaraq effektivliyini nümayiş etdirdi. Dövlətin qərarvermə mexanizmlərinin koordinasiyalı fəaliyyəti, diplomatik və informasiya cəbhəsindəki uğurlar Azərbaycan dövlətçiliyinin müasir modelini formalaşdırdı - bu model həm milli iradəyə, həm də strateji düşüncəyə əsaslanır: "Zəfər milli birliyin və kimliyin yenidən güclənməsi üçün ideoloji baza yaratdı. Uzun illər davam edən torpaq itkisi və ədalətsizlik hissi cəmiyyətdə müəyyən mənəvi boşluq yaradırdı. Qələbə bu boşluğu doldurdu, milli qürur hissini bərpa etdi və “Azərbaycançılıq” ideyasını real dəyərə çevirdi. Artıq gənc nəsil öz dövlətinə və ordusuna daha güclü bağlılıq hiss edir, bu da gələcəkdə vətəndaş məsuliyyətinin və milli həmrəyliyin daha da möhkəmlənməsinə zəmin yaradır. Azərbaycan müharibədən sonra regionda yeni güc balansı formalaşdıran əsas oyunçuya çevrildi. Bakı artıq təkcə enerji və nəqliyyat layihələrinin mərkəzi deyil, həm də təhlükəsizlik və əməkdaşlıq proseslərində aparıcı rola malikdir. Zəfər nəticəsində Azərbaycan regional sabitliyin təminatçısı, sülhün və iqtisadi inteqrasiyanın təşəbbüskarı kimi çıxış etməyə başladı.

Bundan əlavə, bu qələbə Azərbaycanın müstəqil xarici siyasət kursunun doğruluğunu təsdiqlədi. Heç bir xarici gücə arxalanmadan, milli maraqlara əsaslanan strategiya nəticəsində qazanılan uğur ölkənin beynəlxalq imicini gücləndirdi. Bu gün Azərbaycan həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan Cənubi Qafqazın aparıcı gücü kimi qəbul olunur. Nəhayət, 44 günlük Zəfər Azərbaycanın gələcək inkişaf strategiyasına yeni istiqamət verdi - azad edilmiş ərazilərin bərpası, regionlararası əlaqələrin bərqərar olunması və sülhün dayanıqlı əsaslar üzərində qurulması bu strategiyanın mərkəzində dayanır. Bu, dövlətin həm iqtisadi, həm də sosial prioritetlərini yenidən müəyyənləşdirərək, milli inkişafın növbəti mərhələsini formalaşdırır".

Yekun olaraq demək olar ki, Vətən müharibəsindəki Zəfər Azərbaycanın dövlətçiliyinə güc, milli birliyinə mənəvi dayağ, regional mövqeyinə isə strateji üstünlük qazandırdı. Bu hadisə yalnız keçmişin ədalətini bərpa etmədi, eyni zamanda gələcəyin istiqamətini də müəyyənləşdirdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Oktyabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see273

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see196

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see196

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see187

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see179

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see162

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see157

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see157

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see153

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see145

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see133

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see130

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri