Icma.az
close
up
RU
“44” Xalqın içinə axan göz yaşları

“44” Xalqın içinə axan göz yaşları

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Müharibə bir xalqın tarixində dərin izlər buraxır. Daha dərin izlər isə müharibədən zərərçəkən, itki verən insanların qəlbində olur. Vətən müharibəsindən bəhs edən “44” bədii filminin premyerasından sonra dedim ki, qısa zamanda filmə baxmalıyam.

Kinoteatra gedənə qədər beynimdə atamın şəhadətə ucalmasının 30 illiyi ilə bağlı çəkdiyimiz “Oğluma məktub – Şəhid Əhməd” sənədli filminin çəkilişləri zamanı yaşadıqlarım canlanırdı. Atamın döyüş yoldaşları onunla bağlı xatirələrini danışanda nə qədər təəccüblənmişdim. Danışdıqları adam mənim sadə, öz işində-gücündə olan atammı idi? Axı, sıradan bir adam necə o cür döyüşər, qəhrəmanlıq göstərər, ölümün gözünə dik baxa bilər? Müharibəyə gedənə qədər onun əlində çəkic, dəmir döyməkdən başqa heç nə olmayıb. Deməli, məqam gələndə sıradan bir dəmir ustası “dəmir yumruq” olub düşmənin başına dəyə bilir. Hətta arxada qoyub gəldiyi ailəsini, uşağını düşünmədən ölümə gedər, şəhadətə ucala bilir. Buna qəhrəmanlıq de, vətənpərvərlik de, nə deyirsən de, bu, insanüstü bir şeydir. Və bunu anlamaq çox çətindir. Hiss etmək olar, amma bu hikməti tam mənada anlamaq imkansızdır.

“44” filmini ailəmlə izlədim. Belə demək mümkündürsə, film 44 günü əhatə edə bilib. Təbii ki, filmdə müharibə bir XTQ qrupunun savaşı formatında təqdim olunub. Yaxşı tərəflərdən biri odur ki, filmdə pafos çox deyil. Qəhrəman da sadə bir Azərbaycan gəncidir. Sıradan bir həyatı var. Ata-anası sadə ziyalıdır, özü də ki... Hər birimiz kimi sevir, sevilir, dost olur, dostluq edir.

Filmdə ən çox təsirləndiyim iki səhnə var idi. Biri Lerikdən olan şəhid əsgərin atasının “qara xəbər”i alanda xəritədə oğlunun şəhid olduğu yerə qara rəngli nişan qoyduğu an üzündə nifrətlə kədərin qarışması idi. Çünki o cizgilər mənə tanış gəlirdi. 1994-cü ildə babamın üzündə də elə bir ifadə var idi.

Bir də XTQ polkovnik-komandirinin Cıdır düzünün ətəyində vurulması, sonra da qayaların başında şəhid olması içimi titrətdi. Ailəmin yanında özümü nə qədər sıxsam da, göz yaşlarıma hakim ola bilmədim.

Düzü, filmi tam təhlil etmək üçün daha sakit bir ortamda, bir az da soyuqqanlı tərzdə baxmaq lazımdır. Çünki zalın hər tərəfində kövrələn, ağlayan, hətta hönkürən adamların yanında film haqqında düşünmək, təhlil aparmaq mümkün deyildi.

Filmdə döyüş səhnələri texniki cəhətdən, demək olar ki, lazımi səviyyədə canlandırılmışdı. Sözsüz ki, Vətən müharibəsindən bəhs edən ilk bədii filmdə “səxavətli” davranıldığı hiss olunurdu. Mənə elə gəldi ki, filmdə emosiya bir az az idi. Ssenarinin mətnindəki vurğular zəif idi. Daha təsirli ifadələr seçilə bilərdi. Sanki bədii filmlə sənədli film arasında qalmışdılar. Bəlkə də, yanılıram, pafosdan qaçmaq üçün bunu ediblər...

Amma ümumən, təsirli film idi. Müharibədən yaralı biri kimi, qüruru hər şeydən üstün tutan bir şəhid oğlu kimi xeyli təsirləndim. Gözümdən bir neçə damcı yaş süzülsə də, içimə bir xalqın göz yaşı qədər ağrı-acı axıtdım. Amma nə yaxşı ki, film son zəfərlə bitir. O qəhrəmanlar bu fani dünyaya gözlərini yumsalar da, şəhadət diyarında və xalqın qəlbində əbədi yaşayacaqlar. Necə deyərlər: “Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün...”

Və biz də ömrümüzün sonuna qədər qalib bir ölkənin vətəndaşları kimi yaşayacağıq. Amma bu qalibiyyəti yaşadığımız hər an, azad Qarabağa, Bütöv Azərbaycanın hər qarışına ayaq basanda ONLARI unutmamalıyıq.

Zaur Əhməd

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Oktyabr 2026 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see653

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see324

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see313

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see306

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see303

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see301

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see286

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see274

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see269

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see260

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see251

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see245

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see237

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see237

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see237

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see234

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see233

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see231

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see229

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri