“450 manat ver, ürəyin istəyən kimi avtoxuliqanlıq et” “Rent a car”ın reklamı VİDEO
Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıdakı "Rent a car" obyektlərindən birinin çəkdiyi reklam narazılığa səbəb olub.
Milli.Az xəbər verir ki, "Rent a car" obyektlərindən birinin müştəri cəlb etmək üçün istifadə etdiyi qeyri-etik və təhlükəli çağırış sosial mediada kəskin tənqid olunub. Şirkətin hazırladığı reklam çarxında gənclərə açıq şəkildə qanunları pozmaq və yollarda təhlükə yaratmaq təklif olunur.
Sözügedən videoda yüksək sürətli və lüks avtomobil nümayiş etdirilərək bildirilir ki, müştəri 450 manat ödəməklə avtomobili icarəyə götürə və yollarda "istədiyi kimi avtoxuliqanlıq edə bilər". Reklamın ana xəttini "pulunu ödə, cərimədən və ya qanundan qorxma" mesajı təşkil edir.
Bu çağırış həm piyadalar, həm də intizamlı sürücülər tərəfindən hiddətlə qarşılanıb.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, avtoxuliqanlıq həm cərimə, həm də sürücülük hüququndan məhrum edilmə və ya inzibati həbslə nəticələnən ağır qayda pozuntusudur. Hüquqşünaslar bildirirlər ki, cinayətə və ya qayda pozuntusuna təşviq edən reklamlar "Reklam haqqında" qanuna ziddir və həmin şirkəti ciddi cərimələr gözləyə bilər.
Lalə Qüdrətova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 12 Yanvar 2026 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















