Icma.az
close
up
RU
İran XİN ABŞ ilə danışıqlar aparıldığını iddia edir

İran XİN ABŞ ilə danışıqlar aparıldığını iddia edir

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü yanvarın 12-də, bazar ertəsi bildirib ki, diplomatik münasibətlərin olmamasına baxmayaraq, Tehran ilə ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi arasında təmas kanalı açıqdır.

AZƏRTAC AFP agentliyinə istinadla xəbər verir ki, nazirliyin sözçüsü İsmayıl Bəqayi dövlət televiziyası tərəfindən yayımlanan şərhində bildirib: “Xarici işlər nazirimiz (Abbas Araqçi) ilə ABŞ Prezidentinin xüsusi elçisi (Stiv Uitkoff) arasında təmas kanalı açıqdır”. O, ABŞ-ın İranda diplomatik iştirakı olmasa da, onun maraqlarının İsveçrə səfirliyi tərəfindən təmsil olunduğunu qeyd edərək vurğulayıb ki, lazım olduqda, informasiya mübadiləsi aparılır.

İranın xarici işlər naziri isə iki həftə davam edən qarışıqlıqdan sonra təhlükəsizlik qüvvələrinin ölkəni tam nəzarətdə saxladığını bildirib, habelə İsrail və ABŞ-ı yüzlərlə insanın ölümünə səbəb olan ümumxalq etirazlarını qızışdırmaqda ittiham edib.

Bununla belə, İranın 31 əyalətindəki 186 şəhərdə nümayişləri izləyən insan haqlarının müdafiəsi fəallarının son məlumatına görə, iğtişaşlar zamanı 540-dan çox sakin həlak olub, 10 mindən artıq insan həbs olunub.

ABŞ Prezidenti Donald Tramp bazar günü bildirib ki, Vaşinqton İranda ölümcül repressiyalar barədə xəbərlərə cavab olaraq potensial variantları nəzərdən keçirir. Lakin o əlavə edib ki, Tehran rəhbərliyi danışıqlar aparmaq üçün Vaşinqtonla əlaqə saxlayıb. “Biz buna çox ciddi yanaşırıq. Hərbçilər vəziyyəti izləyir və biz bəzi çox güclü variantları nəzərdən keçiririk”.

Donald Tramp Floridadakı evindən Vaşinqtona qayıdarkən “Air orce One”da jurnalistlərə bildirib. “Biz qərar verəcəyik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Yanvar 2026 20:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri