Icma.az
close
up
RU
450 manatdan başlayır, 2 500 manatı keçir Qışın istilik xərci

450 manatdan başlayır, 2 500 manatı keçir Qışın istilik xərci

Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Milli.Az yenisabah-a istinadən xəbər verir ki, bazardakı cari elanlardan göründüyü kimi, elektrikli kombilərin satış qiyməti onların gücündən, fazasından və brendindən asılı olaraq dəyişir.

Nisbətən kiçik sahələr üçün nəzərdə tutulan sadə və işlənmiş modellər bazarındakı qiymətlər 450-650 manat civarındadır. Daha yüksək keyfiyyətli və böyük sahələri qızdırmaq üçün nəzərdə tutulmuş Avropa brendlərindən olan "Thermona" modellərinin qiymətləri isə fərqlidir. İnternetdən sifariş

Belə ki, 7.5 kW gücə malik "Thermona THERM EL 8" modeli 1 430 manata, 15 kW gücündə olan "Thermona THERM EL 15" modeli 1 691 manata, 22.5 kW gücündəki "Thermona THERM EL 23" modeli 1 848 manata, 30 kW gücünə malik "Thermona THERM EL 30" modeli 2 058 manata, 37.5 kW gücündəki "Thermona THERM EL 38" modeli 2 321 manata, ən güclü 45 kW-lıq "Thermona THERM EL 45" modeli isə 2 531 manata satışa çıxarılır.

Müqayisə üçün qeyd edək ki, standart 23 kW qaz kombilərinin qiyməti ortalama 1 130 manat təşkil etdiyi halda, eyni gücə malik elektrikli kombilər daha yüksək qiymətə təklif olunur.

Elektrikli kombiləri qaz kombilərindən fərləndirən və üstün edən bir sıra mühüm cəhətlər mövcuddur. İlk növbədə, bu cihazlarda qaz sızması, dəm qazı zəhərlənməsi və ya partlayış riski sıfıra bərabərdir ki, bu da yüksək təhlükəsizlik deməkdir.

Eyni zamanda, xarici divara baca çıxarmaq məcburi olmadığı üçün onları evin istənilən qapalı guşəsində montaj etmək mümkündür. Qaz alışması və ya alov səsi olmadığından tamamilə səssiz çalışan bu cihazlar təxminən 99%-lik yüksək faydalı iş əmsalı ilə elektrik enerjisini istilik enerjisinə çevirir.

Aylıq istismar xərcləri baxımından təbii qaz hazırda daha ucuz yanacaq növü sayılsa da, elektrikli kombilərin müəyyən iqtisadi üstünlükləri də var. Qaz kombisi üçün dövlət qurumlarından qaz çəkiş layihəsi, baca icazəsi və xüsusi təhlükəsizlik sistemləri tələb olunur ki, bu da başlanğıcda böyük əlavə xərc yaradır, lakin elektrikli kombilərdə bu sənədləşmə və montaj xərcləri yoxdur.

Əlavə olaraq, qaz kombilərində tez-tez sıradan çıxan alovlandırıcı, fan və ya baca hissələri elektrikli kombilərdə olmadığı üçün texniki qulluq xərcləri minimuma enir və qaz xətti olmayan ərazilərdə maye qaz balonları ilə müqayisədə ən rahat və təhlükəsiz alternativ olaraq qəbul edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 Noyabr 2026 14:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri