Gabarda iki yeni sahədə 135 milyon barel neft potensialı aşkarlanıb
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Türkiyənin Gabar bölgəsində daha iki sahədə ümumilikdə 135 milyon barel neft potensialı müəyyən edilib.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda Gabar bölgəsində Türkiyənin ən keyfiyyətli nefti hesab olunan 75,4 milyon barel neft hasil edilir.
Ərdoğan bildirib ki, Qara dənizdə hasil olunan təbii qaz hazırda 4 milyon ev təsərrüfatının tələbatını ödəyir. "Osmangazi" gəmisinin fəaliyyəti ilə bu göstəricinin 8 milyon ev təsərrüfatına çatdırılması nəzərdə tutulur.
Türkiyə Prezidenti qeyd edib ki, 2027-ci ilin ikinci yarısında bölgədə təxminən 230 quyunun istismara verilməsi ilə gündəlik neft hasilatının 100 min bareli ötəcəyi gözlənilir.
Onun sözlərinə görə, bu, ölkə iqtisadiyyatına ildə 4,4 milyard dollar töhfə verəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:134
Bu xəbər 09 Noyabr 2026 21:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















