İspaniyada anti Azərbaycan qüvvələri hakimiyyətə gələ bilər
Azvision saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Reuters-in yazdığına görə, ümumi seçkilər noyabrın 29-na təyin edilib. Parlament çoxluğu formalaşdırmaq üçün PP-yə Vox-un dəstəyi lazım olacaq.
Baş nazir Sançesin hökuməti 2025-ci ilin avqustunda ABŞ-ın vasitəçiliyi ilə Ağ Evdə Bakı və İrəvan arasında sülh sazişinin paraflanmasından sonra Cənubi Qafqaza praqmatik yanaşır. Madrid Azərbaycan–Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir, hər iki ölkənin ərazi bütövlüyünün vacibliyini vurğulayır və sülh prosesinə kömək etməyə hazır olduğunu bildirir. Bu siyasətin təzahürlərindən biri Deputatlar Konqresinin (parlamentin aşağı palatası) sədri Armengolun 2026-cı il yanvarın 22-də Azərbaycana səfəri olub. Səfəri İspaniya hökuməti də dəstəkləyib.
Xalq Partiyası isə daha ermənipərəst və Azərbaycana tənqidi mövqe tutur. PP Armengolun Bakıya səfərini, xüsusilə Zəfər abidəsinə gül qoyulmasını pisləyib. Partiya erməni “hərbi əsirlərin” azad edilməsini tələb edir və Azərbaycan hakimiyyətinin persona non-qrata elan etdiyi İspaniya deputatları ilə həmrəylik ifadə edib. Söhbət 2024-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılması qərarını dəstəkləyən deputatlardan gedir.
Bundan başqa, 2022-ci ilin noyabrında PP və Vox İspaniya ilə Azərbaycan arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı qorunması haqqında sazişin (2021-ci ilin dekabrında imzalanıb) ratifikasiyasına qarşı səs verib. Onlar bunu həmin ilin sentyabrında Azərbaycanın Ermənistana “təcavüzü” ilə əsaslandırıblar. Sançesin başçılıq etdiyi İspaniya Sosialist İşçi Partiyası (PSOE) isə ratifikasiyanı dəstəkləyib. Beləliklə, Sançesin hökuməti Azərbaycanla sazişin bağlanmasına təşəbbüs göstərməklə yanaşı, onun parlament səviyyəsində irəli aparılmasını da təmin edib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Baxış sayı:136
Bu xəbər 09 Noyabr 2026 21:21 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları