46 min nəfər küçələrə çıxdı, saxlanılanlar var
Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
Noyabrın 7-də Parisdə gəncləri dəstəkləyən və artan yaşayış qiymətlərinə qarşı şüarlar altında daha bir kütləvi nümayiş keçirilib.
AZXEBER.COM xəbər verir ki, bu barədə "Le Parisien" yerli qurumlara istinadən məlumat yayıb.
Paytaxt polis prefekturasının məlumatına görə, Respublika meydanından Millət meydanına doğru keçirilən yürüşdə təxminən 46 min nəfər iştirak edib. Aksiya əsasən insidentsiz keçib. Lakin yürüşün sonunda nümayişçilərlə polis arasında qarşıdurma yaranıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qaz və işıq-səs qumbaralarından istifadə ediblər.
İctimai asayişin qorunması üçün Fransa üzrə təxminən 70 min polis və jandarm xidmətə cəlb olunub.
Paris və ətraf ərazilərdə polis 5,8 mindən çox yoxlama aparıb, 15 nəfəri saxlayıb. Ölkənin digər şəhərlərində də saxlanılanlar olub. Nant şəhərində qadağan olunmuş əşyalar və materiallar daşıyan beş nəfər polis tərəfindən tutulub.
Eyni zamanda, "Sarı jiletlilər" hərəkatı ölkə üzrə 100-ə yaxın aksiya keçirib. Parisdə hərəkatın bir neçə üzvü Konkord meydanında qadağan olunmuş toplantı keçirməyə cəhd göstərdiklərinə görə saxlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 08 Noyabr 2026 00:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















