Zəfər Günümüz Kolumbiyada: Azərbaycanın tarixi Qələbəsi Boqotada təbliğ edilir
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Boqota, 8 noyabr, AZƏRTAC
Kolumbiyanın paytaxtı Boqotada Azərbaycanın 8 Noyabr – Zəfər Günü silsilə tədbirlərlə qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bayram münasibətilə Azərbaycanın dövlət bayrağını və tarixi Zəfərini əks etdirən xüsusi vizual banner şəhərin əsas avtomobil magistrallarından birinin kənarında yerləşən böyük elektron lövhədə nümayiş etdirilib.
Nəqliyyatın intensiv olduğu ərazidə yerləşən elektron lövhədə gün ərzində yayımlanan banner çoxsaylı şəhər sakinlərinin diqqətini cəlb edib.
Bu təşəbbüs Azərbaycanın Zəfər Gününün Kolumbiyada tanıdılması, ölkəmizin tarixi və milli əhəmiyyət daşıyan gününün beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Belə tədbirlər Azərbaycan ilə Kolumbiya arasında mədəni əlaqələrin və qarşılıqlı tanışlığın inkişafına da töhfə verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 08 Noyabr 2026 02:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















