Icma.az
close
up
RU
471 milyon avroya lüks mənzil aldı Rekord müəyyən etdi

471 milyon avroya lüks mənzil aldı Rekord müəyyən etdi

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukraynalı milyarder Rinat Əhmədov Monakoda 471 milyon avro (təxminən 936 milyon manat) dəyərində nəhəng lüks mənzil alaraq, daşınmaz əmlak tarixində rekord əməliyyatlardan birini həyata keçirib.

“Qafqazinfo” xəbər verir ki, sövdələşmə barədə ilk məlumatı “Bloomberg” yayıb.

Bildirilib ki, mənzil Monako Knyazlığının Monte Karlo bölgəsində yerləşən Mareterra dənizkənarı layihəsinin tərkibində olan “Le Renzo” yaşayış binasında yerləşir.

2024-cü ilin sonlarında istifadəyə verilən bu kompleks dünyanın ultra-varlı alıcılarını cəlb edən ən eksklüziv layihələrdən biri hesab olunur.

Məlumata görə, beşmərtəbəli mənzil 21 otaqdan ibarətdir və təxminən 2500 kvadratmetr sahəni əhatə edir. Yaşayış yerində şəxsi hovuz, cakkuzi və ən azı səkkiz avtomobil üçün dayanacaq mövcuddur.

Sənədlərə və elektron yazışmalara əsasən, əməliyyat 2024-cü ildə tamamlanıb. Əhmədovun holdinqi olan “System Capital Management” (SCM) alışı təsdiqləsə də, əmlakın detalları və qiyməti barədə əlavə məlumat verməyib.

Bildirilib ki, şirkətin beynəlxalq investisiya portfeli uzun illərdir daşınmaz əmlak sahəsini də əhatə edir və “Le Renzo” layihəsinə investisiya 2021-ci ildə həyata keçirilib.

Məlumatlara görə, alış müqaviləsi Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücumundan əvvəlki dövrə aiddir.

Qeyd edək ki, 60 yaşlı Rinat Əhmədov Ukrananın ən varlı insanı, “Şaxtyor” futbol klubunun sahibidir. “Bloomberg Billionaires Index”ə əsasən, Əhmədovun sərvəti 7 milyard dollardan çox qiymətləndirilir. O, sərvətini Ukraynanın polad, mədənçilik, enerji və daşınmaz əmlak sektorlarında fəaliyyət göstərən “System Capital Management” (SCM) vasitəsilə formalaşdırıb.

Əlavə edək ki, “Le Renzo” yerləşdiyi Mareterra layihəsi artıq Monakoda dünyanın ən bahalı ünvanlarından biri hesab olunur. Burada kvadratmetr qiymətləri 100 min avronu keçir, bəzi obyektlərdə aylıq kirayə haqları 150 min avroya qədər yüksəlir.

Bazar araşdırmalarına görə, Monako məhdud torpaq sahəsi və yüksək tələbat səbəbindən dünyanın ən bahalı daşınmaz əmlak bazarı olaraq qalır və qiymətlər rekord səviyyələrdə saxlanılır.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Aprel 2026 06:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri