Tehran Küveytlə birgə PUA hücumunun araşdırılmasına hazır olduğunu açıqlayıb
Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İran Küveyt ərazisinə pilotsuz uçuş aparatının (PUA) hücumu ilə bağlı insidentin mənbəyini və məsul şəxsləri müəyyənləşdirmək məqsədilə Küveytlə birgə araşdırma aparmağa hazır olduğunu bildirib.
Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Küveytin xarici işlər naziri şeyx Cərrah Cabir əl-Əhməd əs-Sabah ilə telefon danışığı zamanı bildirib.
İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Abbas Əraqçi pilotsuz uçuş aparatının Küveytə hücumu ilə bağlı ittihamları qətiyyətlə rədd edib və Tehranın insidentə heç bir aidiyyəti olmadığını vurğulayıb. Nazir hadisə nəticəsində insan tələfatı və dəymiş ziyana görə təəssüfünü ifadə edib.
Qeyd edək ki, bundan əvvəl Küveyt Müdafiə Nazirliyi İranın hücumu nəticəsində ölkənin mühüm obyektlərindən birinin hədəfə alındığını və dörd nəfərin, o cümlədən İtaliya vətəndaşı olan iki şəxsin xəsarət aldığını bildirmişdi. İtaliya tərəfinin məlumatına görə, hücum nəticəsində iki İtaliya vətəndaşı həlak olub.
İranın Romadakı səfirliyi isə Tehranın hücumda iştirak etmədiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 26 Noyabr 2026 23:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















