Icma.az
close
up
RU
47ci kim olacaq?

47ci kim olacaq?

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün təxminən 240 milyon səsvermə hüququ olan vətəndaş ABŞ-nin yeni prezidentini seçir.

“Qafqazinfo” “Al-Jazeera”ya istinadən xəbər verir ki, artıq 70 milyondan çox sakin səsvermə hüququndan erkən istifadə edib.

Rəy sorğularında hər iki namizədin (red- Donald Tramp və Kamala Harris) qalib gəlmək şansı yarıbayarı nisbətdə bölünüb.

Lakin bundan əvvəlki təcrübələr də göstərir ki, rəy sorğuları heç də hər zaman konkret nəticə haqqında təəssürat yaratmır.

Artıq namizədlər dünən son təşviqat kampaniyalarını keçiriblər.

ABŞ-nin prezidenti və respublikaçıların hazırkı namizədi Donald Tramp son açıqlamalarında seçkilərin nəticələrinin saxtalaşdırılacağı ilə bağlı fikirlər səsləndirib.

Demokratların namizədi olan Kamala Harris isə dünən keçirdiyi sonuncu təşviqat kampaniyasında seçkilərdən qalib çıxacağına eyham edib.

Seçki prosesinə qədər isə Birləşmiş Ştatlarda bir sıra gözlənilməz hadisələr olub.

Bunlardan biri ABŞ Prezidenti Co Baydenin namizədliyini geri götürməsi idi ki, ölkə lideri elə həmin gecə seçkilərdə öz davamçısının vitse-prezident Kamala Harris olduğunu bəyan etmişdi.

Seçkilərə qədər dünya medyasına damğa vuran bir digər məsələ isə Donald Trampa qarşı olunan sui-qəsd cəhdləri idi. Bir neçə dəfə bu halla üzləşən namizədə qarşı ən real sui-qəsd cəhdi onun Pensilvaniya ştatında seçicilərlə görüşü zamanı baş tutmuşdu. Həmin gün yaxın məsafədən açılan atəş sabiq prezidentin qulağını yaralamışdı. Hücum zamanı başqa bir vətəndaş isə həlak olmuşdu.

Qeyd edək ki, ABŞ-nin indiyədək 46 prezidenti olub. Bu seçkilərin nəticələrinə əsasən qalib namizəd Birləşmiş Ştatların 47-ci prezidenti olacaq

Hazırladı: Telli Minbir

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Noyabr 2024 00:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see301

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see301

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see282

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see272

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see262

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see256

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see248

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see239

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see225

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see219

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see218

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see216

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see215

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see212

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see210

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see209

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see196

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see193

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see186

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri