Dieqo Simeone “Atletiko”dakı gələcəyi ilə bağlı susqunluğunu pozdu
Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İspaniyanın “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeone Madrid təmsilçisindəki gələcəyi barədə danışıb.
İdman.Biz xəbər verir ki, argentinalı mütəxəssis UEFA Çempionlar Liqasında Norveçin “Vikinq” klubu ilə qarşılaşma öncəsi keçirilən mətbuat konfransında uzunmüddətli planlar barədə düşünmədiyini vurğulayıb.
“Mənim üçün “Vikinq”lə sabahkı oyundan başqa heç bir son tarix yoxdur. Məni tanıyanlar bu şəkildə işlədiyimi bilirlər”, - deyə Simeone qeyd edib.
Baş məşqçi futbolçularının son oyunlardakı çıxışını yüksək qiymətləndirsə də, komandanın potensialına yalnız mövsümün sonunda obyektiv qiymət verməyin mümkün olacağını söyləyib.
Müqaviləsinin uzadılması ilə bağlı suala cavab verən Simeone klubun idman direktoru Mateu Alemaninin son açıqlamalarını dəstəkləyib:
“Onun dediyi və izah etdiyi hər şeylə razıyam”.
Qeyd edək ki, Simeonenin “Atletiko” ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyununda başa çatacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 25 Noyabr 2026 06:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















