Günəşdən 360 milyon dəfə ağır qara dəlik kəşf edildi
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Avropa Kosmik Agentliyinin (ESA) “Evklid” kosmik teleskopu Böyük Partlayışdan təxminən 630 milyon il sonra mövcud olmuş ən uzaq kvazarı kəşf edib.
“Qafqazinfo” xəbər verir ki, ESA-nın məlumatına görə, “J1504+6252” adı ilə tanınan və “Dun Aonghasa” kimi də adlandırılan obyekt kainatın hələ çox gənc olduğu dövrə - təxminən 13,1 milyard il əvvələ aiddir.
Bu tapıntı “Evklid”in bir neçə ay əvvəl qeydə aldığı ən uzaq kvazar rekordunu 40 milyon il üstələyir.
Təxminən 18 aylıq müşahidə məlumatlarının milyonlarla səma cismi arasında təhlil edilməsi nəticəsində tapılan kvazarın varlığı həm yerdəki, həm də kosmosdakı teleskoplarla aparılan müşahidələrlə təsdiqlənib. “James Webb” kosmik teleskopunun apardığı müşahidələr kvazarın mərkəzindəki qara dəliyin kütləsinin Günəşin kütləsindən təxminən 360 milyon dəfə böyük olduğunu göstərib. Maraqlısı budur ki, bu qara dəlik ətrafındakı maddəni digər uzaq kvazarlardakı analoqları ilə müqayisədə daha yavaş udur.
Kainatın cəmi 630 milyon il yaşında olduğu vaxt belə nəhəng kütləli qara dəliyin necə yaranması və bu qədər sürətlə böyüməsi alimlər üçün yeni suallar doğurur. Yeni nəticələr qara dəliklərin formalaşmasını və inkişafını izah edən mövcud nəzəri modelləri ciddi sınaq qarşısında qoyur. Mərkəzlərindəki supermassiv qara dəliklərin ətrafdakı qazı cəlb etməsi sayəsində böyük enerji buraxan kvazarlar qalaktikaların aktiv nüvələri kimi tanınır. 2023-cü ildə orbitə buraxılan “Evklid” kosmik teleskopu isə kainatın qaranlıq maddə və qaranlıq enerji kimi hələ tam öyrənilməmiş xüsusiyyətlərini araşdırır.
Baxış sayı:99
Bu xəbər 25 Noyabr 2026 06:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















