Icma.az
close
up
RU
48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi VİDEO

48 il birlikdə yaşadıq, mənə qadının necə olduğunu öyrətdi VİDEO

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalq artisti Fəxrəddin Manafov mərhum həyat yoldaşı Vahidə Sadıqovadan danışıb.

Aktyor bu barədə AzTV-də yayımlanan, Mehriban Ələkbərzadənin aparıcısı olduğu verilişdə söz açıb.

F.Manafov bildirib ki, 48 il birlikdə yaşadığı həyat yoldaşı ona qadını anlamağı öyrədib:

"48 il bir yerdə olduğum, məni qabaqlayıb dünyasını dəyişən qadın mənə qadının necə olduğunu öyrətdi. Deyirlər ki, qadın kişidən ağıllı olmamalıdır. Əksinə... Vahidə çox güclü şəxsiyyət idi. Çox ağıllı, mütaliəli, maraqlı insan idi. Vahidə dünyasını dəyişəndə dedim ki, səninlə sona qədər tanış ola bilmədim. Qadın bir gücdür, onu oxumaq, qaldırmaq, anlamaq mümkün deyil. Qadın mənim üçün ən azından əxlaqımdır, yerişimdir, danışığımdır. Qadın məni tərbiyə edir".

Fəxrəddin Manafov əxlaq anlayışından da söz açıb:

"Əxlaq həyata olan münasibətdir. İstəmirəm deyim ki, bu, mədəniyyətdir. Biri var daxili, biri də var öyrənilmiş mədəniyyət. Bundan asılı deyil. Bu, insanda ya var, ya da yoxdur".

Aktyor zamanın sürətlə keçməsindən də bəhs edib:

"Tanrı bizi tələsdirir. Təsəvvür edin ki, 24 saat hər zaman var. Saat eyni gedir, amma işıq və qaranlıq tələsir. Əvvəllər çatdıra bildiyim işi indi eyni vaxtda çatdıra bilmirəm. Nə baş verdiyini bilmirəm. Artıq bələkdə olan uşaq telefonu məndən yaxşı bilir". (Axşam.az)

Whatsapp kanalımıza abunə ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 21 Avqust 2026 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri