48 il əvvəl çəkilmiş naməlum Azərbaycan filmi tapılıb
Icma.az bildirir, Azpost portalına istinadən.
Azərbaycan kinosu haqqında hazırlanmış heç bir siyahıda adı olmayan film üzə çıxıb.
Azpost.info bildirir ki, bu barədə Azərbaycan Dövlət Film Fondunun məlumatında deyilir.
“Araşdırın!” adlı qısametrajlı bədii film Azərbaycan Dövlət Film Fondunun arxivinə daxil olub.
Film 1978-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun tədris kinostudiyasında istehsal olunub. Əməkdar incəsənət xadimləri, kinorejissor Cahangir Mehdiyevlə kinooperator Ələkbər Muradovun tələbə olarkən çəkdikləri kurs işidir.
Filmin direktoru Nadir Əliyevdir.
Ekran əsərinin baş rollarında Fazil Salayev, Leyla Bədirbəyli, Arif Qasımov kimi tanınmış aktyorlar çəkilib. Kurs işi aktyor Fazil Salayevin kinoda son işidir.
Filmi Əməkdar incəsənət xadimi Ələkbər Muradovun oğlu, rejissor Murad Muradov Fonda təhvil verib. Film Azərbaycan Dövlət Film Fondunda rəqəmsallaşdırılıb.
Qeyd etmək lazımdır ki, filmin adına bu günədək Azərbaycan kinosu haqqında hazırlanmış heç bir kataloq və siyahıda rast gəlinməyib.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 06 May 2026 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















