Icma.az
close
up
RU
48 saat ərzində dörd fərqli görünüş: Niyə paltarını dəyişdirildi?

48 saat ərzində dörd fərqli görünüş: Niyə paltarını dəyişdirildi?

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Venesuela prezidenti Nikolas Maduronun ABŞ tərəfindən saxlanıldıqdan sonra qısa müddət ərzində dəfələrlə paltar dəyişdirməsi sosial mediada geniş rezonans doğurub. Hadisə Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) əməliyyatı iddialarından psixoloji müharibə nəzəriyyələrinə qədər müxtəlif spekulyasiyalara yol açsa da, rəsmilər daha sadə bir səbəbə işarə edib.

Qaynarinfo xəbər verir ki, ABŞ rəsmilərinə aid olduğu bildirilən və 3 yanvar tarixində internetə düşən görüntü və videolarda, Nikolas Maduronun saxlanıldıqdan qısa müddət sonra boz rəngli idman geyimi geyindiyi görünür. Daha sonrakı transfer görüntülərində isə fərqli gödəkçələr, sviterlər və qalın xarici geyimlər diqqət çəkib.

Bu görüntülər xüsusilə X (əvvəlki adı Twitter), "Instagram" və "Reddit" kimi platformalarda sürətlə yayılıb və istifadəçilər Maduronun qısa müddət ərzində bir neçə dəfə paltar dəyişməsinə diqqət çəkib. Nyu Yorkda məhkəməyə çıxarılanda isə Maduronun standart ABŞ həbsxana geyimləri geydiyi görülüb. Beləliklə, 48 saatdan az müddət ərzində ən az dörd fərqli paltar dəyişikliyi baş verib.

Sosial media reaksiyaları: Moda şousu, yoxsa əməliyyat?

Sosial media istifadəçiləri ard-arda gələn görüntüləri yan-yana qoyaraq müqayisələr edib. Bəzi paylaşımlar hadisələri ABŞ-da illərdir yayımlanan və aktual hadisələri gülməli şəkildə əks etdirən SNL skeçinə bənzədib, bəziləri isə "bir moda nümayişindən daha çox paltar dəyişikliyi” şərhini verib.

Məsələn, bir X istifadəçisi paylaşımında yazıb: 

"Nikolas Maduro SNL aktyor heyətindən daha çox paltar dəyişir".

Başqa bir şərhdə isə belə deyilir: 

"Ömürlük həbs cəzası ilə üz-üzə olan bir bir üçün çox rahat və xoşbəxt görünmürmü?".

MKİ və psixoloji əməliyyat İddiaları

X platforması və müxtəlif forumlarda dolaşan iddialara görə, əməliyyat MKİ tərəfindən hazırlanmış bir psixoloji manevr ola bilərdi. Bu nəzəriyyəyə görə, Maduronun təslim olması əvvəlcədən müzakirə edilmişdi və o, yüngülləşdirilmiş cəza qarşılığında narkotik qaçaqçılığı şəbəkələri və ya xarici müdaxilə planları haqqında məlumat verməyə razı ola bilərdi.

Bir çox sosial media istifadəçisi isə əməliyyatın "qeyri-adi dərəcədə asan” baş verdiyini, hadisənin ictimaiyyətə təqdim olunma formasının isə qəsdən dizayn edildiyini irəli sürüb.

Daha sadə bir izah

Lakin onlayn spekulyasiyaların ortasında "Daily Mail"də yayımlanan xəbərdə ABŞ rəsmilərinə yaxın mənbələr çox daha sadə bir səbəb göstərib: Venesuela ilə Nyu York arasındakı kəskin temperatur fərqi.

Karakasda təxminən 25-26 dərəcəyə alışmış Maduro Nyu Yorkda -2 ilə 3 dərəcə arasındakı qış şəraitinə ani şəkildə məruz qalıb.

İddialara görə, Manhattandakı Narkotiklə Mübarizə İdarəsi (DEA) qərargahına gətirildiyində Maduroda hipotermiyanın ilk əlamətləri görülüb. Rəsmilər bununla əlaqədar Maduronun daima tibbi nəzarət altında olduğunu və bədən istiliyini tarazlamaq məqsədilə paltarlarının dəfələrlə dəyişdirildiyini bildirib.


Sağlamlıq riskləri və yaş faktoru

Mütəxəssislərə görə, Nyu Yorkun soyuq və rütubətli qış havasına ani məruz qalmaq tənəffüs problemlərinə, davamlı öskürəyə, halsızlığa və hədsiz yorğunluğa səbəb ola bilər. 63 yaşında bir fərd üçün bu risklər, ürək xəstəlikləri və ya astma kimi əvvəlcədən mövcud sağlamlıq problemləri ilə birləşdikdə daha da artır.

DEA Maduroya çoxqatlı geyimlər təmin edib: tam zəncirbəndli qalın qara gödəkçə, altından görünən əlavə sviter və qalın xarici geyim bunlara daxildir.

Dəyişməyən detallar: Tərliklər və ağ corablar

Bütün bu paltar dəyişikliklərinə baxmayaraq, hər görüntüdə dəyişməyən iki element diqqət çəkib: qalın ağ corablar və tərliklər. Bu ayaqqabılar ABŞ federal saxlanma müəssisələrində standart olaraq istifadə olunur və həbsxanadakı şəxslərin özlərinə və ya başqalarına zərər vermə riskini azaltmaq məqsədilə dizayn edilib.

Boz idman geyimi və sərt tələb

Maduronun saxlanıldığı zaman boz idman geyimi geyib-geymədiyi və ya bu geyimin ABŞ qüvvələri tərəfindən verilib-verilmədiyi dəqiq bilinmir. Lakin bu görüntülər sosial mediada gözlənilməz bir təsir yaradıb.

Təxminən 140 dollar dəyərində olan idman geyimlərinin onlayn satışında ani artım olduğu və bəzi pərakəndə satıcıların məhsulun qısa müddətdə tükəndiyini bildirdiyi qeyd edilib.

Məhkəmə günü: Sakit və nəzarət altında

Maduro və həyat yoldaşı Cilia Flores, bazar ertəsi günü Nyu Yorkda hakim qarşısına çıxıb. Qulaqlıq vasitəsilə tərcüməçi ilə iclası izləyiblər. "Daily Mail"in xəbərinə görə, iclas boyunca Maduro qarşısındakı sarı qeyd dəftərinə notlar aldı və ümumiyyətlə ifadəsiz qalıb.

Hakim Alvin Hellerstein ona yönəldilən dörd narkotik qaçaqçılığı ittihamını oxuyarkən Maduro ayağa qalxıb. Kimlik təsdiqi zamanı belə deyib:

"Mən Nikolas Maduro Moros. Venesuela Respublikasının Prezidentiyəm. 3 yanvardan bəri tutulmuşam".

Hakim Hellerstein müdaxilə edərək yalnız kimliyinin təsdiqlənməsini tələb etdi. Maduro qısa fasilədən sonra sadəcə "Mən Nikolas Maduro Morosam", deməklə kifayətlənib.

CNN-in xəbərinə görə, Maduronun vəkili Barri Pollak tutulmanın hüquqi tərəfləri ilə bağlı problemlər olduğunu bildirərək, onun "baxım tələb edən bəzi sağlamlıq problemləri" olduğunu açıqlayıb.

Maduronun həyat yoldaşı Cilia Flores’in vəkili Mark Donnelli isə müştərisinin tutulma zamanı ciddi yaralanmalar aldığını ifadə edib. Donnelli Floresin qabırğa sümüklərində sınıq və ya ciddi əzilmə ola biləcəyini və fiziki müayinəyə ehtiyacı olduğunu qeyd edib.

"The New York Times" xəbərinə görə, məhkəmə zalında Floresin alnında sarğı və sağ gözünün ətrafında morluq görülüb. Flores yanında olan ABŞ rəsmisinə yapışaraq ayağa qalxıb. Eyni zamanda zalda bir nəfərin ona "cinayətlərinin cəzasını ödəyəcəksən” deyə səslənən zaman Maduro cavab verib: "Azadlığımı qazanacağam.”

Maduro və həyat yoldaşı bütün ittihamları rədd ediblər. Maduro müdafiəsində belə deyib: "Mən günahsızam. Cinayətkar deyiləm. Hələ də Venesuelanın prezidentiyəm".

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Yanvar 2026 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri