Müxalifətin Paşinyanda referendum sürprizi: Vətəndaş müharibəsi olacaq
Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Ermənistanın Baş naziri Nikol Paşinyanın Konstitusiyaya dəyişikliklərlə bağlı planı ölkənin gələcək siyasi kursu və Azərbaycanla münasibətləri baxımından diqqət mərkəzinə düşüb. Konstitusiya islahatlarının sülh sazişinin imzalanmasına təsiri, eləcə də ölkə daxilində mümkün siyasi qarşıdurmalarla bağlı müzakirələr güclənir.
Müzakirələri gücləndirən əsas səbəb isə revanşist müxalifətin yeni Konstitusiya layihəsinə birmənalı şəkildə etiraz etmələridir. Hətta 14 müxalifət partiyası bir müddət əvvəl referendum keçirilməsinə imkan verməyəcəklərini bəyanat şəklində açıqlamışdı. Konstitusiya layihəsinin açıqlanması ilə yanaşı, müxalifət qüvvələrinin sənədə qarşı çıxması və etiraz aksiyaları ilə bağlı açıqlamaları Ermənistanda siyasi gərginliyin artması ehtimalını gündəmə gətirir. Belə bir şəraitdə Paşinyanın təşəbbüsünün regionda sülh prosesinə və Ermənistanın daxili siyasi sabitliyinə necə təsir edəcəyi sual doğurur. Mövcud vəziyyətin Ermənistanda sabitliyi pozacağını, hətta vətəndaş müharibəsinə gətirib çıxaracağını deyənlər də var.
Mövzu ilə bağlı “Cebheinfo.az”a danışan siyasi şərhçi Əli Orucov bildirib ki, uzun müddət davam edən ləngimələrdən sonra nəhayət, Paşinyan Ermənistanın yeni Konstitusiya layihəsini ictimai müzakirəyə çıxarıb. Təqdim olunan layihədə Müstəqillik Bəyannaməsinə istinad yer almayıb, qondarma soyqırımı iddiaları da çıxarılıb:
“Həmçinin Türkiyəyə qarşı ərazi iddiaları yoxdur. Ermənistanın yeni Konstitusiya layihəsində idarəetmə, hakimiyyət qolları arasında nizamlanma və qarşılıqlı nəzarət məsələləri də yer alıb. Paşinyan yeni Konstitusiyanın cəlbedici olması və revanşistlərə bəhanə verməmək üçün müxalifətin fəaliyyətini və müxtəlif strukturlarda təmsilçilik kvotasını da nəzərdə tutub.
Vacib olan odur ki, Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin imzalanmasına mane olan ərazi iddiası aradan qaldırılır. Lakin görünən odur ki, revanşistlər yeni Konstitusiya layihəsinə qarşı aktiv iş aparır və cəmiyyəti də çaşdırmağa çalışırlar. Elə təqdim edirlər ki, guya bu düzəlişlər xarici təsirlərlə həyata keçirilir.
Rusiya və İran da istəmir ki, Ermənistanla Azərbaycan arasında sülh olsun. Onlar daim qeyri-müəyyənlikdən öz maraqları üçün istifadə etməyə çalışırlar. Qərbin mövqeyi isə aydındır. Yeni Konstitusiya layihəsinə dəstəyini ifadə edib. Hətta Fransa da buna müsbət yanaşır".
Ə.Orucov hesab edir ki, proseslər gələn ilin ortalarınadək davam edə bilər:
"İctimai müzakirələrdən sonra layihə qəbul edilməsi üçün referenduma çıxarılacaq. Ermənistanda xarici faktorların təsiri böyük olduğundan hadisələr arzuolunmaz istiqamətdə də dəyişə bilər. Bunlar, fikrimcə, az ehtimal olunan variantlardır. Müqavimətlə üzləşilsə də, Konstitusiya dəyişikliyi baş verəcək. Erməni cəmiyyəti, düşünmürəm ki, müharibəni, qarşıdurmanı, səfaləti və təcridi seçsin”.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 24 Noyabr 2026 16:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















