Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

48 saylı notariat idarəsi sənədsiz müqavilə bağlayır?

48 saylı notariat idarəsi sənədsiz müqavilə bağlayır?

Icma.az, Yenigundem portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan qanunvericiliyinə uyğun olaraq, notariusların hüquq və vəzifələri haqqında qanunda göstərilir ki, Notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün kömək göstərməlidir. Həmçinin hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir. Notariat haqqında Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməsi, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır. Notariat qaydasında təsdiq edilən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. İndi görək, bu qanun ölkəmizdə işləyirmi, yaxud da bütün Notariuslara eyni dərəcədə şamil olunurmu?
Redaksiyaya  daxil olan məlumata görə, “Meyvəli bazarı” adlanan ərazidə 48 saylı notariat idarəsində nikah müqaviləsi bağlanan zamanı idarənin Notariusu yerində olmayıb və həmin müqaviləni Anar adlı şəxs hansı əsasla bağlayıb? Digər tərəfdən 01. 07. 2022-ci il saat 15:13:44 radələrində fiziki və hüquqi şəxslərlə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün kömək göstərməli olduğu halda, bunu etməyib. Ona görə kömək olunmayıb ki, Bakı şəhəri 48 saylı notariat ofisinin Xüsusi notariusu Hüseynov Səadət Eldar oğlu orada olmayıb. Ümumiyyətlə, nigah müqaviləsi bağlayan şəxslər onu görməyiblər. Bir halda ki, 48 saylı notarius Bakı şəhərində fərqli ünvanlarda fəaliyyət göstərirsə, deməli belə halların baş verməsi mümkündür.
Bundan əlavə, redaksiyamıza daxil olan məlumatlardan aydın olub ki, xarici sürücülük vəsiqəsi olan əcnəbilərin özləri olmadan yerli vətəndaşların avtomobillərinin “idarə edilməsi” üçün xarici vətəndaşlara etibarnamə verilir. Hansı ki, Bakı şəhəri 48 saylı notariat idarəsində etibarnamənin hazırlanması zamanında nə xarici, nə də yerli vətəndaşlar iştirak etmirlər. Burada görünən odur ki, idarənin işçisi Anar müəllim hansısa maraqlar əsasında vatsapına göndərilən şəkillərlə həmin sənədləri saxta yolla həll edir. Hətta elə anlar olur ki, notariat idarəsinin Xüsusi notariusu Hüseynov Səadət Eldar oğlunun işdə olmadığı vaxtlarda digər saxta müqavilələr də Anar müəllim tərəfindən hazırlanıb yaxın bildiyi adamlara təqdim olunur. Yuxarıda qeyd olunan saxta sənədləşmə ona görə aparılır ki, avtomobilin yerli sahibinin adına cərimə və ya bal yazılmasın.
48 saylı notarius Bakı şəhərində fərqli üç ünvanda fəaliyyət göstərir. Belə ki, 48 saylı notariat Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin həyətində, bundan başqa “Meyvəli bazarı” deyilən yerdə və eləcə də Binəqədi şossesində də fəaliyyət göstərir. Sual olunur: Eyni zamanda üç ayrı məkanda notariat əməliyyatı Səadət Hüseynov tərəfindən necə həyata keçrilir? Notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli olduğu halda, Səadət Hüseynov fiziki və hüquqi nöqteyi nəzərdən bu izah işlərini ayrı-ayrı məkanlarda necə çatdırır? Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əsasən əqdlər, habelə ərizələr və başqa sənədlər notariusun və ya notariat hərəkəti aparan digər vəzifəli şəxsin iştirakı ilə imzalanmalıdır. Əgər Səadət Hüseynov bir ofisdə əyləşirsə, digər ofislərdə sadalanan qaydalara necə əməl olunur?
Diqqətəlayiq haldır ki, Səadət Hüseynovun ofisinin məhz BDYPİ-nin strukturlarının həndəvərində fəaliyyət göstərməsi əsasən avtomobillə, sahiblik, etibarnamə və s. ilə bağlı əməliyyatların təsdiqi məsələlərinin cazibədar olması ilə əlaqədardır. KİV həmçinin yazır ki, Səadət Hüseynov BDYPİ-nin siqnal idarəsinin rəisi Müşfiq Rəhimovun yeznəsidir. Müşfiq Rəhimov isə uzun illər BDYPİ-nin Qeydiyyat-İmtahan İdarəsinin rəis müavini işləyib. Belə çıxır ki, eyni müştərilər yeznə və qayının xidmətindən istifadə ediblər.
Etibarlı mənbələrdən verilən məlumata görə, vaxtilə şikayətçilər tərəfindən ünvanlanmış müraciətlərin nəticəsi olaraq toplanmış faktlar əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən araşdırılma aparılmış və 48 saylı notariat kontorunun notariusu Hüseynov Səadət Eldar oğlu intizam qaydasında cəzalandırılmışdır. Həmçinin, Binəqədi Rayon Prokurorluğunda 48 saylı notariat kontorunun notariusu Hüseynov Səadət Eldar oğlu barəsində araşdırılma aparılmış, onun əməllərində cinayət əlamətləri olsa belə, cinayət məsuliyyətinə cəlb etmə müddəti ötdüyündən, “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi haqqında” qərar qəbul edilmişdir.
O da bildirilir ki, notarius Səadət Hüseynovun Bakı şəhərində fəaliyyət göstərən “Rentakar” şirkətləri ilə qanundankənar bir sıra işləri də mövcuddur. Bu haqda növbəti yazılarımızda oxuya biləcəksiniz.
Mövzuya qayıdacağıq.
Yazıda adıçəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.
Mövzu diqqətimizdədir. Araşdırmalarımız davam edəcək.GundemXeber.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:313
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 29 Yanvar 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri