Kişi mübahisə etdiyi dostlarını diri diri yandırmaq İSTƏDİ
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Tver vilayətində kişi mübahisə etdiyi dostlarını diri-diri yandırmağa cəhd edib. O, sərxoş dostları ilə münaqişə yaşadıqdan sonra yaşadıqları mənzili yandırıb.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiyanın Tver vilayəti üzrə İstintaq Komitəsi məlumat yayıb.
İstintaqın məlumatına görə, hadisə zamanı kişi dostları ilə birlikdə spirtli içki qəbul edib. Süfrə arxasında iki kişi arasında mübahisə yaranıb. Münaqişədən sonra onlardan biri mənzili yandıraraq hadisə yerindən qaçıb.
Mənzildə olan şəxslər yanğın zamanı evi tərk edə biliblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Şübhəli şəxs saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Faktla bağlı qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb. Hadisənin digər təfərrüatları araşdırılır.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 19 Noyabr 2026 16:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















