Icma.az
close
up
RU
5 6 saatdan sonra hər şey dəqiqləşəcək Ay görünəcək, ya yox?

5 6 saatdan sonra hər şey dəqiqləşəcək Ay görünəcək, ya yox?

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

"40-cı meridianla getsək, düz Məkkənin üstünə çıxarıq"

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası hicri-qəməri təqvimiylə Məhərrəm ayının başlanğıcını miladi təqvimlə 16 iyun qərar verib. Aşura mərasimi isə 25 iyunda keçiriləcək. Lakin sosial şəbəkələrdə yenə də fərqli tarixlər açıqlanır. İqamətgahı İraqda yerləşən, islam aləminin mərcəi-təqlidi hesab edilən, ayətullah-üzma Seyid Əli Sistaninin məhərrəm ayının sabah – iyunun 17-si başlanacağını elan etdiyi bildirilir.

Məlumata görə, məhrrəm ayının hilalı hələ görünməyib. İslam ölkələrində ayların başlanıb bitmə vaxtlarının fərqli zamanlarda elan edildiyi bəlli məsələdir. Buna görə Ramazan, Qurban bayramları fərqli günlərdə qeyd edilir. Hər bir dini hövzə öz yanaşma tərzindən çıxış edir. Ola bilsin ölkələr arasındakı coğrafi yerləşmənin də buna təsiri vardır. Məsələ ölkəmizdə bununla bağlı fikir ayrılıqlarının yaranmadıdır ki, heç də xoş olmayan ovqat yaradır. Sual olunur, Səudiyyə Ərəbistanında və ya İraqda təzə ayın görünməməsinin bizə nə dərəcədə aidiyyəti var? 

AMEA Coğrafiya İnstitutunun şöbə müdürü, ekoloq Ənvər Əliyev “Sherg.az”a bildirdi ki, Azərbaycan coğrafi baxımdan Səudiyyə Ərəbistanı, həmçinin İraqla eyni meridianda yerləşir. Lakin ərazilərdə nöqtə fərqləri ola bilər: 

- Bakı və Məkkə, həmçinin Bağdad da 40-cı meridianın üzərindədir. Bu məsələdə ziddiyyət yoxdur. Biz 40-cı meridianla hərəkət etsək, gedib düz Məkkənin üstünə çıxarıq. Amma ərazi məsələsi var axı. Səudiyyə ərazisi çox genişdir, İraq da geniş əraziyə malik ölkədir. Ola bilər hansısa ərazidə saat qurşaqlarında fərqlər olsun. Əsas problem ondan ibarətdir ki elə vəziyyət yaranar, ay görünməz. Buludlu havadırsa, aydınlıq deyilsə, ay görünməyəcək. 1-2 dərəcə meridian istiqaməti fərqli ola bilər. Məsələn, ölkəmzidə günbatanda hava buludludur, ay görünmür. Amma sabah görsək ki ay artıq 2 günlükdür, bəz bunun məsuliyyəti kimin üzərində qalacaq? Bunu deyim ki, niyyəti dürüst insanlar səhv etmirlər. Etsələr də bağışlanır. Azərbaycanın şərqi ilə qərbində bəzən fərqli görüntülər olur. Amma sizə deyim ki, 5-6 saatdan sonra dəqiq bilinəcək, ay görünür, ya yox. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://sherg.az
archiveBu xəbər 16 İyun 2026 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri