Icma.az
close
up
RU
5 ci sosial paketin 2 ci mərhələsi...

5 ci sosial paketin 2 ci mərhələsi...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Prezident İlham Əliyev: Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar

Nümunəvi inkişaf modelinə malik olan Azərbaycanda Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq insanların rifah halının davamlı şəkildə yaxşılaşdırılması dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib. Ölkədə aparılan məqsədyönlü siyasətin mərkəzində vətəndaşların maraqları dayanır. Bunu dövlətimizin başçısının imzaladığı Fərman və sərəncamlar əsasında uğurla reallaşdırılan sosial islahatlar da əyani şəkildə təsdiqləyir. Bu qəbildən növbəti nümunə dövlətimizin başçısının 12 iyun 2025-ci il tarixində “Sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında” Fərmanı oldu. Sənəd sosial sferanın dəstəklənməsi baxımından növbəti mühüm addım kimi dəyərləndirilir.

Müxtəlif istiqamətlər üzrə sosial ödənişlərdə ciddi artımlar

Azərbaycanın insanların həyat səviyyəsinin yüksəlməsini hədəfləyən siyasətinə uyğun olaraq ölkənin iqtisadi və maliyyə imkanları genişləndikcə sosial sferaya ayrılan vəsaitlərin həcmi də artırılır. Məlumdur ki, postmüharibə dönəmində respublikamızın gündəliyində bir sıra mühüm məsələlər yer alır. Xüsusilə də 30 illik işğal dövründə erməni vandalları tərəfindən tamamilə xarabalığa çevrilmiş ərazilərimizin bərpası, ora soydaşlarımızın ləyaqətli qayıdışının təmin edilməsi əsas vəzifələrdən biri kimi müəyyənləşdilib.  Hazırda bu istiqamətdə böyük maliyyə tutumuna malik genişmiqyaslı layihələr reallaşdırılmasına baxmayaraq, ölkədə sosial sferanın prioritetliyi yenə də diqqət mərkəzində saxlanılır ki, bu da özlüyündə Azərbaycanı nümunəvi bir dövlət kimi səciyyələndirir. Prezident İlham Əliyev bu il yanvarın 7-də yerli telekanallara müsahibəsində ölkəmizdə startı verilən yeni sosial islahat paketi barədə danışaraq vurğulamışdı: “Bu qədər böyük sərmayələr qoyan və Qarabağın bərpası kimi qarşımızda bu qədər böyük problemi olan ölkədə bu sahəyə də bu diqqəti yetirmək, əlbəttə ki, bizim siyasətimizin, necə deyərlər, mahiyyətini göstərir. Yəni, Azərbaycan vətəndaşları ildən-ilə daha yaxşı yaşamalıdırlar”.

Bəhs olunan Fərmanla ölkəmizdə sayca 5-ci sosial paketin iyul ayından etibarən icrasına başlanacaq. Onun əhatə dairəsi kifayət qədər genişdir. Burada müxtəlif istiqamətlər üzrə sosial ödənişlərdə ciddi artımlar nəzərdə tutulur. Beləliklə, dövlətimizin başçısının imzaladığı Fərmanla iyulun 1-dən Azərbaycanda şəhid ailələrinin, 20 Yanvar şəhidi ailələri, Əfqanıstanda həlak olan hərbçilərin ailələri üçün  Prezidentin aylıq təqaüdü 700 manat müəyyənləşdirilib. Müharibə, 20 Yanvar hadisələri, hərbi xidmət vəzifələrini yerinə yetirmək və Çernobıl AES-də hərbi xidmət ilə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü, orqanizmin funksiyalarının itirilməsinə görə müavinətlər də müvafiq olaraq artırılıb. Bundan başqa Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü, Azərbaycanın Milli Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü, uşağın anadan olmasına görə birdəfəlik müavinət, dəfn üçün birdəfəlik müavinət, himayədar ailəyə verilmiş əlilliyi olan uşağa görə aylıq müavinət lər də müvafiq yaş qrupları üzrə artıb. Əlilliyi olan şəxslərə müavinət, orqanizmin funksiyalarının pozulmasına görə (faiz dərəcələri üzrə), övladlığa götürülən hər uşağa görə aylıq müavinət, ailə başçısını itirməyə görə aylıq müavinət, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı yardım alan) hər uşağa görə aylıq müavinət, beşdən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinət, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına aylıq müavinət, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqların qəyyumları üçün aylıq müavinət, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və əlilliyi olan uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdü, eləcə də fəxri adlara layiq görülmüş şəxslərin aylıq təqaüdləri gələn aydan artımla veriləcək. Göründüyü kimi, bəhs olunan Fərmanın əhatə dairəsi kifayət qədər genişdir. Sənədə əsasən, sosial müavinət və təqaüdlər orta hesabla 20 faiz artırılır.

3 milyon insanı əhatə edən sosial islahat paketi

Dövət büdcəsində sosialyönümlü xərclərin ildən-ilə artırılması Azərbaycanda sosial siyasətin ardıcıllığının əyani təsdiqidir. Bu xərclər 2019-cu ildəki 7,8 milyard manatdan 2,2 dəfə artımla 2025-ci ildə 16,9 milyard manata çatıb. Bütövlükdə, bu gün sosialyönümlü xərclər dövlət büdcəsinin 41 faizini təşkil edir ki, bu da kifayət qədər yaxşı göstəricidir.

Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə cari ilin əvvəlindən icrasına başlanan 5-ci sosial paket  3 milyon insanı əhatə edir və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin artırılması üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılıb.

Xatırladaq ki, 5-ci sosial islahat paketinin ilk mərhələsində ölkədə:

- Bu il yanvarın 1-dən minimum əməkhaqqı 345 manatdan 16 faiz  artımla 400 manata çatdırılıb;

- Minimum əməkhaqqı artımına uyğun olaraq Nazirlər Kabinetinin təsdiq etdiyi Vahid Tarif Cədvəlinin 19 pilləsinin hər biri üzrə maaşlar orta hesabla 16 faiz artırılıb və beləliklə, minimum əməkhaqqı artımı yalnız minimum əməkhaqqı alanların maaşlarında deyil, dövlət və özəl sektorda çalışan, müxtəlif məbləğlərdə əməkhaqqı alan ümumilikdə 700 min işçinin maaş artımına imkan verib;

- Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqları 2025-ci il yanvarın 1-dən orta hesabla 15 faiz artırılıb;

- Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin maaşları, büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri və s. artırılıb.

- Bütün növ pensiyalar 2025-ci ilin əvvəlindən indeksləşdirilərək 8,1 faiz artırılıb.

- 2025-ci il fevralın 1-dən minimum pensiya 280 manatdan 14,3 faiz  artımla 320 manata çatdırılıb;

- 2025-ci il üçün yaşayış minimumu və ehtiyac meyarı da 270 manatdan 285 manata çatdırılıb.

Mübariz ABDULLAYEV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 İyun 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see463

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see368

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see357

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see356

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see332

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see327

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see284

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see266

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see262

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see248

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see242

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see238

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see236

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see234

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see226

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see221

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see217

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see209

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see197

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri