Icma.az
close
up
RU
5 dəfə artıq: USQ rusları dronlarla necə məhv etdiklərini açıqladı

5 dəfə artıq: USQ rusları dronlarla necə məhv etdiklərini açıqladı

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Cəbhə xəttində ruslar davamlı olaraq Ukrayna müdafiəsini yarmağa və zəif nöqtələr axtarmağa çalışırlar, lakin bunun üçün əvvəlkindən qat-qat baha qiymət ödəyirlər. 

Qaynarinfo xəbər verir ki, "The Economist” nəşrinin yazdığına görə, ukraynalı döyüşçülər dronların geniş tətbiqi və inkişafı sayəsində Rusiya əsgərlərini daha effektiv şəkildə məhv edə bilirlər.

93-cü briqadanın komandiri polkovnik Yeqor Derevyanko nəşrə müsahibəsində bildirib ki, iyunun əvvəlində Ukrayna kəşfiyyatı Konstyantinovka və Pokrovsk şəhərlərinin rusların yay hücumunun əsas hədəfləri olacağını proqnozlaşdırıb. Lakin hazırda o, bu istiqamətdə hər hansı ciddi hazırlıq müşahidə etmir. Əksinə, rusların bəzən hücum irəliləyişlərini saxtalaşdırdığını deyir.

"Bir həftə əvvəl qonşuluqdakı Stupoçkı kəndində artıq beşinci dəfə idi ki, rus bayrağı dron vasitəsilə endirildi. Rusiya əsgərləri isə guya kəndi ələ keçirdiklərini bildiriblər. Belə hesabatlar komandanlıq zəncirilə yuxarı ötürülür və zabitlər medallar alırlar", – deyə məqalədə bildirilir.

Polkovnikin sözlərinə görə, ruslar hər gün Ukrayna müdafiəsindəki zəif nöqtələri müəyyən etməyə çalışırlar. Azsaylı, zəif silahlanmış və hazırlıqsız əsgərlər özləri üçün demək olar ki, ölümcül olan tapşırıqlara göndərilirlər. Əgər sağ qalaraq irəliləyə bilirlərsə, onların ardınca başqaları gəlir. Lakin bu proses çox böyük itkilərlə müşayiət olunur.

"Ruslar tədricən irəliləyirlər, lakin bunun insan itkisi baxımından qiyməti son dərəcə yüksəkdir və artmaqda davam edir. Əgər bir il əvvəl texnologiya ilə 50 rus əsgərini məhv etmək mümkün idisə, indi bu rəqəm beş dəfə artıb", – deyə Derevyanko bildirir.

Eyni zamanda, rus dronları da ətraf əraziləri patrul edir. Onun sözlərinə görə, Konstantinovkada elə bir yer yoxdur ki, orada özünü tam təhlükəsiz hesab etmək mümkün olsun: düşmənin pilotsuz aparatları demək olar ki, hər şeyi görə bilir. Bəzi ərazilər isə daha təhlükəlidir. Məsələn, dəmiryolu vağzalı rusların optik lif texnologiyası ilə işləyən dronlarının fəaliyyət zonasında olduğuna görə bağlanıb. Şəhərə gedən yollarda isə sürücüləri qorumaq üçün torlardan ibarət tunellər qurulub. Hərbi maşınlar anti-dron torları və ya metal hasarlarla təchiz olunub.

Derevyanko əlavə edir ki, 18 ay əvvəl dronlar cəbhə xəttindən cəmi 5 km məsafəyə təsir edə bilirdisə, indi bu radius artıq 15 km-ə qədər genişlənib.

"Biz Konstantinovka ətrafındakı torpaqlara nəzarət edirik, lakin ruslar səmada 90%-lik üstünlüyə malikdirlər", – deyə o qeyd edir.

Lakin o, xəbərdarlıq edir ki, təkcə dronlar kifayət deyil. Derevyanko ABŞ-ın 155 mm-lik mərmilərin tədarükünü bərpa etməsindən məmnun olduğunu bildirir. Onun fikrincə, bu mərmiləri əldə etsələr, "rusların bu şəhərləri ələ keçirməsinin qarşısını almaq mümkün olacaq".

"Reuters” yazır ki, Ukrayna yeni bir mexanizmə start verib: bu çərçivədə xarici şirkətlər öz silah və texnologiyalarını Ukraynaya göndərə, onların tətbiqi ilə bağlı onlayn təlimlər keçə və sonra birbaşa döyüş meydanından hesabatlar ala bilərlər.

Prezident Volodimir Zelenski isə bəyan edib ki, Ukrayna və ABŞ arasında bir "mega-müqavilə" hazırlanır. Bu sazişə əsasən, ABŞ Ukrayna döyüş meydanlarında sınaqdan keçmiş pilotsuz aparatları alacaq. Əvəzində isə Ukrayna müəyyən sayda Amerika silahını almağa razılıq verəcək.

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:284
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 İyul 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri