Icma.az
close
up
RU
5 dollar dəyərində YENİ ChatGPT

5 dollar dəyərində YENİ ChatGPT

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

OpenAI Hindistanda yeni abunə tarifi olan ChatGPT Go-nu istifadəyə verib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu abunəlik tarifi ayda 399 rupi (təxminən 4.6$) təşkil edir ki, bu da mövcud Plus planından (23$) 5 dəfə ucuzdur. Təklif, çat, şəkil generasiyası və fayl emalı üzrə bir qədər genişləndirilmiş funksiyalara ehtiyac duyan, lakin sərfəli qiymətə üstünlük verən istifadəçilər üçün nəzərdə tutulub. Hindistanın UPI (Unified Payments Interface) adlı ödəniş sistemi ilə ödənişlər indi yeni tarif də daxil olmaqla bütün planlar üçün dəstəklənir. Məlumata görə, OpenAI-nin vitse-prezidenti və ChatGPT rəhbəri Nick Turley bildirib ki, ChatGPT Go abunəliyi pulsuz versiya ilə müqayisədə limitləri 10 dəfə artırır. İstifadəçilər daha çox mesaj göndərə, daha çox şəkil generasiya edə və daha çox fayl yükləyə biləcəklər.

Bundan əlavə, yaddaş funksiyası təkmilləşdirilib, bu da çat-botun daha fərdiləşdirilmiş cavablar verməsinə imkan yaradır. Turley qeyd edib ki, qiymətin aşağı salınması istifadəçilərin əsas istəklərindən biri idi və Hindistan yeni tarifi test edən ilk ölkə olub. Gələcəkdə bu tarifin digər regionlara da genişləndirilməsi mümkündür. Əvvəllər süni intellekt sahəsində yeni məhsullar haqqında məlumat sızdırmaları ilə tanınan mühəndis Tibor Blaho, bu tarifin təqdim olunacağını proqnozlaşdırmışdı. Hal-hazırda OpenAI bu tarifin istifadəsini yalnız Hindistan ilə məhdudlaşdırsa da, dəstək səhifəsində qeyd olunur ki, coğrafiyanın genişləndirilməsi üzərində iş aparılır. Hindistan, OpenAI üçün strateji baxımdan mühüm bazardır. Şirkətin baş direktoru Sam Altman bir podkastda Hindistanı OpenAI-nin ikinci ən böyük bazarı kimi qeyd etmişdi.

AppFigures analitiklərinin məlumatına görə, son 90 gün ərzində ölkədə ChatGPT tətbiqi 29 milyondan çox yüklənib və bu, onu qlobal miqyasda quraşdırma sayına görə liderə çevirib. Lakin monetizasiya səviyyəsi hələ də aşağıdır: həmin dövrdə gəlirlər cəmi 3.6 milyon dollar təşkil edib. ChatGPT Go tarifinin istifadəyə verilməsi, daha əlçatan qiymət vasitəsilə ödənişli abunəçilərin sayını artırmağa yönəlib. Digər süni intellekt şirkətləri də Hindistan istifadəçiləri ilə fəal şəkildə işləyirlər. Keçən ay Perplexity mobil operator Airtel ilə birlikdə Pro abunəliklərini pulsuz təqdim etməyə başladı, Google isə tələbələrə 1 il müddətinə süni intellekt alətlərinə pulsuz giriş imkanı təklif etdi. OpenAI hələlik pulsuz tariflər təqdim etmir, lakin qiymətlərin yerli şəraitə uyğunlaşdırılması ödənişli abunəliklərə keçid nisbətini artıra bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:154
embedMənbə:https://lent.az
archiveBu xəbər 20 Avqust 2025 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see367

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see316

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see257

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see253

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see251

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see245

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see237

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see220

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see202

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see194

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see191

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see189

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see186

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see184

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see184

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see178

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see172

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see160

İdmandan kənar: Sürətin arxasındakı həyat

04 Oktyabr 2026 08:48see160

Venera retroqrada başladı: Bu 4 bürc daha çox təsirlənə bilər

04 Oktyabr 2026 07:22see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri